Ermənistan Rusiyanın deyil, Rusiya Ermənistanın müttəfiqidir ŞƏRH

Aleksandr Tixanovskiy: “Azərbaycan fransız şirkətlərindən ona görə imtina edib ki, onlar erməni lobbiləri ilə müştərəkdirlər”

Fransanın Ermənistandakı səfiri Conatan Lakot “Azadlıq” radiosunun erməni bölməsinə (“Azatyutyun”) müsahibəsi zamanı daha öncə ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin fikirlərini təkrar edib: Ermənistanın KTMT-dəki iştirakı İrəvana hərbi yardım göstərməyə imkan vermir.

SİA xəbər verir ki, bu və bu kimi digər bənzər iddialarla bağlı caliber rusdilli analitik informasiya portalına müsahibə verən Rusiyanın Hərbi Elmlər Akademiyasının professoru, Rusiyanın və Belarusun tanınmış hərbi-siyasi analitiki Aleksandr Tixanskiy xatırladıb ki, hazırda regionda rus sülhməramlıları yerləşdirilib, Qərb isə ümumiyyətlə bu işlərdən kənarda qalıb.

“Nikol Paşinyan nə qədər millətçi və beynəlxalq siyasətdən baş çıxarmayan bir insan olsa belə, onun özü də yaxşı anlayır ki, nə Fransa, nə də ABŞ ona kömək etməyəcəklər”

Onun sözlərinə görə, Avropa İttifaqı və ABŞ Qarabağ münaqişəsinin tənzimlənməsində boşluq buraxdılar. Ona görə də indi müxtəlif təşəbbüslərlə çıxışlar edirlər. SİTAT: “Mən də onunla razılaşıram ki, bu, təxribatçı məqamlardır, birdən onlar Ermənistanı KTMT-dən kənarrlaşdıra bilərlər. Lakin məsələ ondadır ki, Nikol Paşinyan nə qədər millətçi və beynəlxalq siyasətdən baş çıxarmayan bir insan olsa belə, onun özü də yaxşı anlayır ki, nə Fransa, nə də ABŞ ona kömək etməyəcəklər. Bununla yanaşı, Ermənistanın KTMT-dən çıxması ehtimalı da çox azdır”.

Ekspert hesab edir ki, Qərb Ermənistan qarşısında elə şərtlər irəli sürür ki, o həmin şərtləri icra edə bilməz.

“Belə bir frazeoloqizm var: “nə ətdir, nə balıq”

SİTAT: “İrəvana kömək etməyə söz verirlər, bəs hansı köməyi? Əgər silahlanmadırsa, bu zaman həmin ölkələrin instruktorları gətirilməlidir. Bu, sadəcə Qərbin münaqişənin tənzimlənməsi ətrafındakı oyunbazlığıdır. Lakin Qərb burada kompetentdən kənardır: belə bir frazeoloqizm var: “nə ətdir, nə balıq”. Bu, mövcud situasiyaya daha çox bənzəyir”.

Hərbi-siyasi politoloq daha bir suala maraqlı cavab verib. Belə ki, bu yaxınlarda Rusiyanın Dövlət Dumasının MDB ilə iş üzrə komitə sədri Leonid Kalaşnikov bəyan etmişdi ki, Ermənistan Rusiyaınn müttəfiqi deyil, Rusiya Ermənistanın müttəfiqidir. Belə ki, bu çox mühüm nüansdır, axı Ermənistan Rusiyaya görə döyüşməyə getməyəcək və İrəvan bunu o qədərmi anlamır?

“Ən azı Ermənistanda kimin hakimiyyətdə dayanmasına baxmaq kifayətdir və onun tərəfindən KTMT-yə necə zərbə vurulmasına, həmçinin Rusiya ilə Ermənistan münasibətlərinə də nəzər salmaq yetər”

Aleksandr Tixanskiy Kalaşnikovun sözügedən fikirlərini belə izah edib: “Ermənistan KTMT üzrə müttəfiqdir, amma hazırkı siyasi ziddiyyətlər çox böyükdür. Ən azı Ermənistanda kimin hakimiyyətdə dayanmasına baxmaq kifayətdir və onun tərəfindən KTMT-yə necə zərbə vurulmasına, həmçinin Rusiya ilə Ermənistan münasibətlərinə də nəzər salmaq yetər”.

Fransanın Ermənistandakı səfirinin yenidən Qarabağın statusu ətrafında məsələ qaldırması, eləcə də fransalı diplomatların ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri kimi regiona getməyəcəkləri barədə fikirlərinə, həmçinin Rusiyanın da həmsədr olmasına, buna rəğmən Qarabağ münaqişəsinin tənzimlənməsindəki iştirakına münasibətini açıqlayan politoloq bildirib ki, Qərb ağır zərbə alıb. “Orada anladılar ki, onlar Qarabağ məsələsində bütün birgə fəaliyyətlərdən kənarda qalıblar. Bu, onları özündən çıxarır. Fransanın prezidenti Emmanuel Makrona isə üstəlik erməni lobbisi də təzyiq göstərir”, Tixanovskiy qeyd edib.

“Azərbaycan fransız şirkətlərindən ona görə imtina edib ki, onlar erməni lobbiləri ilə müştərəkdirlər”

Fransa şirkətlərinin azad edilmiş ərazilərdəki bərpa işlərində yer almamaları, ümumiyyətlə, belə münasibətlərin həm də iqtisadi maraqlarla əlaqələnməsini də şərh edən hərbi-siyasi ekspert əlavə edib ki, burada Azərbaycan müstəqil qərar qəbul edir. “Mənim fikrim belədir – Azərbaycan fransız şirkətlərindən ona görə imtina edib ki, onlar erməni lobbiləri ilə müştərəkdirlər. Öz arxa cəbhəndə belə firmalara sahib olmaq isə öz ayağına basmaq kimi bir şeydir”, Rusiyanın Hərbi Elmlər Akademiyasının professoru, Rusiyanın və Belarusun tanınmış hərbi-siyasi analitiki Aleksandr Tixanskiy vurğulayıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə