YAP Lənkəran rayon təşkilatı gənclər birliyi və “Taksim Corner” restoranının birgə təşkilatçılığı ilə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın “Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır” – devizini rəhbər tutaraq Qarışıq tipli uşaq evi kimsəsiz uşaqlara “Qurban Bayramı” xeyriyyə tədbiri təşkil edilmişdir.
Tədbirdə çıxış edən YAP Lənkəran rayon təşkilatı gənclər birliyinin sədri Teymur Babazadə bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uşaq siyasətinin əsas prinsiplərini uşaqların keyfiyyətli təhsil və yüksək dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilmələri, hərtərəfli qayğı ilə əhatə olunmaları, böyüməkdə olan nəslin vətənpərvər, layiqli vətəndaş kimi formalaşması təşkil edir. Müasir dövrümüzdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın uşaq məsələlərinə göstərdikləri diqqət bu sahəyə qayğının daha da artması ilə nəticələnib. Son olaraq uşaqlar tədbir proqramına uyğun olaraq əyləncəli dəqiqələr keçirərək müxtəlif yarışmalar oynayıb vaxtlarını səmərəli şəkildə keçiriblər.
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB