Ölkənin baş prokuroru, müstəntiqlər, polislər və hakimlər baş nazir kürsüsünü ələ keçirən şəxslə birlikdə çox aydın və ardıcıl şəkildə siyasi təqibləri həyata keçirirlər. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri “Daşnaksütyun” Partiyası Ali Qurumunun nümayəndəsi İşxan Saqatelyan söyləyib.
O, qeyd edib ki, bu şəxs siyasi qərarlar verir və təhlükəsizlik qüvvələri saxta ittihamlar uyduraraq onları həyata keçirirlər. Saqatelyan vurğulayıb ki, bu halda söhbət Sünik bölgəsi icmalarının rəhbərlərinin, "Ermənistan" bloku təmsilçilərinin və ümumiyyətlə müxalifət nümayəndələrin təqibindən gedir.
Qurum nümayəndəsi, bu addımların və hərəkətlərin məqsədinin istənməyən şəxsləri zərərsizləşdirmək üçün səlahiyyətlilərə qarşı müqaviməti qırmaq olduğunu qeyd edib.
“Təsadüfi deyil ki, bütün bunlar Syunik bölgəsində, eləcə də ən yaxşı hərbi qulluqçuların uzaqlaşdırıldığı bölgələrdə baş verir. Arzulanmayan, xoşlanmayan şəxslərin hamısını tutmağa və həbs etməyə çalışırlar”, deyən siyasətçi, bu qanunsuzluqlara qarşı müxalifətin mövcud bütün vasitələrlə mübarizə aparacağını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB