Bir müddət əvvəl Xankəndidə müxtəlif xarici ölkələrdən mobil telefon zəngləri vasitəsi ilə şəxsi ev və mənzillərin alışı təklifləri barədə xəbərlər yayılırdı. Xüsusilə, erməni sosial şəbəkə seqmentlərində bu barədə danışılır, Xankəndi və ətraf ərazilərdə yaşayan erməni əhalisi belə zənglərin eidlməsi faktlarını təsdiq edirdilər. Məhz bu etiraflardan sonra mövcud olmayan quldur rejimin saxta “rəhbərliyi” hər vəchlə bu informasiyaların guya yalan olduğunu bəyan edir, üstəlik, “artsaxın” heç vaxt Azərbaycanın tərkibində olmayacağı ətrafında xam xəyallı fikirlər səsləndirirdilər. Ancaq necə deyərlər, sən saydığını say, gör fələk nə sayır...


Köçmək imkanları olmayanlar Azərbaycan pasport və şəxsiyyət vəsiqələrini alacaqlar
Fələk isə göstərir ki, artıq Xankəndi və ətraf bölgələrdə yaşayan ermənilər danışılan nağıllara inanmırlar. İmkanları olanlar şəxsi evlərini, qarajlarını və binalardakı mənzillərini dəyər-dəyməzinə sataraq oraları tərk etmək,

Rusiyaya və Avropa ölkələrinə köçmək niyyətindədirlər.İmkanları olmayanların, köçə bilməyənlərin isə çox yaxın vaxtlarda Azərbaycan pasportları və şəxsiyyət vəsiqələri alacaqlarına kimsə şübhə etmir.

Hətta 44 günlük müharibə başa çatdıqdan sonra Rusiya sülhməramlılarının səyi nəticəsində Xankəndiyə geri qaytarılan sözdə, guya 50-60 min ermənilərdən şəhərdə 20-25 mindən artıq olmamaları da müxtəlif informasiya mənbələrindən sızdırılır.
Erməni deputatı: “Ermənilərin böyük hissəsi Xankəndini tərk edirlər”
SİA xəbər verir ki, bugünlərdə Ermənistan parlamentinin deputatı Naira Zoqrabyanın erməni KİV-lərinə verdiyi açıqlaması da diqqətçəkicidir. SİTAT: “Azərbaycan elə bir situasiya yaradır ki, Xankəndi özü-özünü buraxmalı olacaq və Azərbaycana təhvil veriləcək”.
Onun sözlərinə görə, Xankəndi yalnız bu problemi yaşamır və digər çətinliklərlə də qarşılaşmaqdadır. “Xankəndidə ciddi su problemi yaşanır. Azərbaycan Kəlbəcərdə Qarabağı su ilə təchiz edən bütün mənbələrə nəzarət edir, Xankəndiyə isə su verilmir”, deyə qeyd edən Zoqrabyan həmçinin etiraf edib ki, artıq şəhərin bir çox sakinləri orada qalmaqdan imtina edirlər. “Ermənilərin böyük hissəsi Xankəndini tərk edirlər”, erməni deputatı bildirib.
Məhz bu açıqlama ilə Xankəndidə sürətli və aktiv qaydada başladılan ev və mənzil satışlarını uzalaşdırarsaq, deyilənlərin həqiqət olmasına heç bir şübhə qalmır.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB