Naira Zoqrabyan: “Ermənilərin böyük hissəsi Xankəndini tərk edirlər” QAÇIŞ
“Azərbaycan elə bir situasiya yaradır ki, Xankəndi özü-özünü buraxmalı olacaq və Azərbaycana təhvil veriləcək”. SİA erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Naira Zoqrabyan deyib.
Onun sözlərinə görə, Xankəndi yalnız bu problemi yaşamır və digər çətinliklərlə də qarşılaşmaqdadır. “Xankəndidə ciddi su problemi yaşanır. Azərbaycan Kəlbəcərdə Qarabağı su ilə təchiz edən bütün mənbələrə nəzarət edir, Xankəndiyə isə su verilmir”, deyə qeyd edən Zoqrabyan həmçinin etiraf edib ki, artıq şəhərin bir çox sakinləri orada qalmaqdan imtina edirlər. “Ermənilərin böyük hissəsi Xankəndini tərk edirlər”, erməni deputatı bildirib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB