Antimilli şəbəkənin iç üzü - Sevinc Osmanqızı - ŞƏRH

Antimilli şəbəkənin iç üzü - Sevinc Osmanqızı - ŞƏRH

Deyir, oğrunun və satqının vətəni olmur. Belə oğru və satqınlar ölkənin, xalqın, dövlətin tərənnümçüsü ola bilmirlər. Bir sıra hallarda bəzi soydaşlarımız xarici dairələrin təsiri altına düşür, təmsil olunduqları cəmiyyətlərdə Azərbaycan əleyhinə kampaniya aparır, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırlar. Tural Sadıqlı, Orduxan Teymurxan, Məhəmməd Mirzəli, Arif Mmmədov, Emin Millili, Qurban Məmmədov, Sevinc Osmanqızı və bu kimilə müxtəlif bəhanələrlə Azərbaycanı tərk edib Avropaya sığınan, sonradan özlərini "demokrat”, "hüquq müdafiəçisi”, "blogger”, "siyasi mühacir” adlandıran bu antimilli ünsürlər ermənipərəst dairələrin, eləcə də erməni diaspor təşkilatlarının təsiri altında olan beynəlxalq təşkilatların sifarişi ilə əllərinə keçən hər fürsətdə ölkəmizə çamur atmağa çalışırlar. Onlar xüsusən sosial şəbəkələr üzərindən Azərbaycan üzərinə "səlib yürüşünə” çıxır, dezinformasiyaları həqiqət kimi ictimai rəyə sırımağa cəhdlər edirlər. Əli Kərimli, Sevinc Osmanqızı, Arif Məmmədov, Vidadi İsgəndərli və digər bu kimiləri son günlər sosial şəbəkələrdə ermənilərin tapşırığı ilə çıxışlar etməyə başlayaraq xaricdə azərbaycanlıların Ermənistanın işğalçılıq siyasətinin əleyhinə olan aksiyalarını xuliqanlıq, quldurluq, vətənşüvənlik kimi qələmə verirlər. Bu şəxslər azərbaycanlıların vətənpərvərlik aksiyasını ləkələməyə, onun mahiyyətini təhrif etməyə çalışırlar. Nəticədə ermənilərin mövqeyinə xidmət göstərir, onların cinayətkar əməllərinə bəraət qazandırmağa cəhd edilər.

Azərbaycan xalqı bir daha xarici ölkələrə sığınıb dövlətimizə və millətimizə qarşı mübarizə aparan bu ünsürlərin əsl riyakar, xain mahiyyətini gördü.

Xaricdəki antimilli şəbəkənin vətən xaini olan bu satqın və oğrular hər zaman olduğu kimi, bu dəfə də Ermənistan lobbisinə xidmət etməklə bir daha erməni yalaqlı olduqlarını bir daha göstərirlər. Xüsusilə də, atasının qatili olan erməniləri özünə "doğma" sayan Sevinc Osmanqızı öz iyrənc və çirkin çağırışlar etməklə bir daha əxlapqsızlığını nümayiş etdirir.

Sevinc Osmanqızının çürük məntiqi

Bu məntiqə görə eyni işi ABŞ görəndə yaxşı olur, Azərbaycan görəndə pis. Bəli, bu əxlaqsız Sevinc Osmanqızının düşüncəs, çürük məntiqidir. Azərbaycanın tanınmış şairi Əhməd Cavadın təbirincə desək, xalqımızın haqq bağıran səsi olmalı, milli-dövlətçiliyimizin tərənnümçüsü və keşikçisi olmalıdır.

Təəssüflər olsun ki, Azərbaycandan xaricdə yaşayan heç də bütün soydaşlarımız ölkəmizin, xalqımızın, dövlətimizin tərənnümçüsü ola bilmirlər. ABŞ-da məskunlaşan Sevinc Osmanqızı o Sevinc Osmanqızıdır ki, atası jurnalist, yazıçı və publisist Osman Mirzəyev 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında ermənilər tərəfindən vurulan Mi-8 vertolyotunda şəhid olan 22 nəfərdən biridir. Yəni, rəhmətlik O.Mirzəyev məhz Ermənistanın işğalçılıq siyasətinin, erməni separatizminin qurbanı olub. Normal məntiqlə atası ermənilər tərəfindən şəhid edilən istənilən azərbaycanlıda düşmənə nifrət olmalı, bu qisasın alınması hissi ilə yaşamalıdır.

Amma S.Osmanqızı fərqli düşünür, Azərbaycanın 20 faiz ərazisini işğal edən, 1 milyondan artıq azərbaycanlını qaçqın və məcburi köçkünə çevirən, xalqımıza Xocalı, Qarakənd, Qaradağlı və sair bu kimi faciələri yaşadan Ermənistana nifrət bəsləmir, hətta atasının qatillərinin ermənilər olmadığı barədə fikirlər də səsləndirir. Bu azmış kimi o, Ermənistanı mədh etməkdən, işğalçı ölkədə baş verənləri Azərbaycana və azərbaycanlılara nümunə gətirməkdən də çəkinmir. Atası ermənilər tərəfindən şəhid edilən S.Osmanqızı 24 aprel 2018-ci il tarixində paylaşdığı statusda isə izləyicilərinə erməni jurnalist Emil Sanamyanla müsahibəsini təqdim edib. Erməni jurnalistin - "Ermənistanda heç kəsin Azərbaycanla müharibə aparıb, ölmək istəyi yoxdur”, - fikrini önə çıxaran S.Osmanqızı bütün dünyaya dolayısı ilə mesaj verib ki, işğalçı Ermənistan deyil, təcavüzə, işğala, soyqırımına məruz qalan Azərbaycan regionda müharibə tərəfdarıdır. Özü də S.Osmanqızı bunu ermənilərin uydurma "soyqırımı günü”ndə edir, bir növ düşmənlərimizə mənəvi dəstək olur.

Sual yaranır: S.Osmanqızı gün ərzində paylaşdığı 5-10 status və ya paylaşımdan heç olmasa birini Dağlıq Qarabağ probleminə, Ermənistanın işğalçılıq siyasətinə həsr etsə, dünya dağılarmı? Onun səhifəsində Xocalı soyqırımına, bu faciənin əsas günahkarlarından sayılan Serj Sarkisyan və qeyrilərinin ifşasına, tənqidinə yönəlik sanballı statuslar yoxdur. S.Osmanqızının vətənpərvərlik hissindən məhrum olması ilə yanaşı, onun bəzi hadisələrə qeyri-peşəkar, lağ-lağı ilə yanaşması da diqqət çəkir.

Ancaq bu yerdə Prezidentimiz İlham Əliyevin dediyi fikirləri bir daha damarlarında erməni qanı axan satqın, naxələf və nankor Sevinc Osmanqızıya xatırlatmaq istərdim. Dövlət başçımız sənin katiblik etdiyin Əli Kərimlinin etdiyi təxribatla bağlı demişdir: “Heç nəyə baxmayacağıq, kim nə dedi, hansı şura, hansı Avropa Şurası... Bu çirkin ünsürlər indi burada vəziyyəti gərginləşdirmək istəyir. Bütün aidiyyəti qurumlara deyirəm. Əgər dünənki hadisələrdə onların əli varsa, bizim qətiyyətimizi görəcəklər. Onlar ermənilərdən də pisdirlər. Erməni açıq düşməndir. Oturub orada, bunlara görə torpaqlarımızı işğal edib. Bu Xalq Cəbhəsinin fərarilərinə görə bu gün o torpaqlardadır. Amma bu, oturub bizim içimizdə. Xaricdən pul alır, təlimat alır, mühiti zəhərləyir, bizim təmiz havamızı üfunət iyi ilə çirkləndirir və belə məqamlarda dövlətin yanında yox, düşmənin yanındadır. Mən demişəm, hüquq-mühafizə orqanları onların bu günlər ərzində sosial şəbəkələrdə çıxışlarını təhlil etsinlər. Əgər orada cinayət tərkibi varsa, onların hamısı cinayət məsuliyyətinə cəlb edilməlidir”.

Sevinc Osmanqızı sənin Zori Balayandan nə fərqin var?

Göründüyü kimit, Sevinc Osmanqızı sənin Zori Balayandan nə fərqin var?! Azərbaycanlılar sizin dediyiniz kimi hücumçu, təcavüzkar, üsyançı olsaydı, Ermənistanda Xocalı soyqırımı kimi bir faciə törədərdilər? Gör sən nə qədər qadınlıq hissiyatını, əxlaqını itirmisən ki, azərbaycanlıları vəhşi, üsyankar adlandırırsan?! Bütün bunlar bir yana, belə çıxır ki, sən Sevinc Osmanqızı atan Osman Mirzəyevin ermənilərin əli ilə şəhid olmasını da unutmusan. Unutmamısan, ataya, Vətənə, xalqa, dövlətə dəyər vermək hissiyatın yoxdur! Bu hissiyat ancaq faşist, təcavüz ermənilərdə var. Ancaq Sevinc Osmanqızı bilməlisən ki, Azərbaycan xalqını, dövlətini təhqir edənlər cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Çünki düşmən çətirinin altına sığınıb öz xalqına, dövlətinə qarşı yalan və iftira atanların bir adı var - xəyanətkar. Azərbaycan xalqı isə xalqa, dövlətə xəyanət edənləri heç zaman bağışlamır!

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə