Serj Sarkisyan Milli Məclisə keçəcək “Mənim şərəfim var” blokundan olan namizədlərlə görüşüb və bu zaman “Mənim şərəfim var” fraksiyasının vəzifələrini, prioritetlərini, eləcə də parlament fəaliyyətini müzakirə edib. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır.
Qəzet yazır ki, sözügedən fraksiyaya Artur Vanesyan rəhbərlik edəcək.
“Bir gün əvvəl xəbər verildiyi kimi, Serj Sarkisyan “Mənim şərəfim var” fraksiyası üzvləri ilə görüşüb, tapşırıqlar verilib, prioritetlər, parlament fəaliyyəti və digər texniki məsələlərin müzakirə olunduğu barədə nəşrə məlumat verilib. İlk yeddi nəfərin parlamentə tam daxil olmasına qərar verilib və baxmayaraq ki, əvvəllər Taron Marqaryan və ya İşxan Zakaryan kimi onları izləyən şəxslərin lehinə mandatlardan imtina edə biləcəyi deyilmişdi, heç kim istefa məktubu yazmayacaq.
Fraksiyaya Artur Vanesyanın rəhbərlik edəcəyi qərara alınıb. Fraksiya qeyd edib ki, parlamentdəki prioritet məsələ ölkənin təhlükəsizliyi olmalıdır”, deyə qəzet yazır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB