Əgər, Rusiya sərhədlərin delimitasiyasında vasitəçi olacaqsa... - EKSPERT RƏYİ
"Rusiya prezidenti Vladimir Putin ötən gün mətbuat konfransında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin SSRİ vaxtında şərti olduğunu və indi onun müəyyənləşdirilməsi istiqamətində işlərin aparılmasına yardım edəcəklərini qeyd edib. V.Putin bununla da çox yanlış şəkildə, bilərəkdən sərhədlərin delimitasiya və demarkasiyasında iki ölkə arasında problemin davam etməsində maraqlı görünür". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, Azərbaycanla və Ermənistan arasında SSRİ vaxtında tikanlı məftil olmasa da, şərti sərhədlərin haradan keçdiyi və iki ölkənin hüdudları müəyyən edilib: "Putin bununla Ermənistanın hazırkı iddialarına xidmət edir. Əgər, belədirsə, Azərbaycan 1918-ci il sərhədlərinin bərpasını tələb etməlidir. Onda Zəngəzur və böyük bir ərazilər Azərbaycana məxsusdur".
M.Əsədullazadə vurğulayıb ki, əgər Rusiya sərhədlərin delimitasiyasında vasitəçi olacaqsa problem davam edəcək: "Ona görə də Azərbaycan rəsmi şəkildə Ermənistana ikitərəfli danışıqlar aparmağı təklif edib. Heç bir ölkənin vasitəçiliyi olmadan danışıqlar aparılarsa, uğurla yekunlaşar. Amma, Ermənistan bu təklifi qəbul edəcəyi gözlənilmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB