"Azərbaycan-İordaniya mədəni əlaqələrinin daha da inkişafı üçün çalışırıq" - SƏFİR
“Bildiyiniz kimi Petra antik şəhəri dünya möcüzələrindən biri hesab olunur. Biz də çalışırıq ki, yaxın gələcəkdə Petra və İordaniyanın digər tarixi abidələrinin daha geniş kütləyə çatdırılması üçün geniş işlər görək. Biz istəyirik ki, azərbaycanlı qardaşlarımızı İordaniyanın tarixi abidələri ilə tanış edək”. Bunu SİA-ya açıqlamasında İordaniya Haşimilər Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Sami Asem Abdullah Ğoşeh deyib.
Səfir bildirib ki, Azərbaycanla İordaniya Haşimilər Krallığı arasında mədəniyyət sahəsində bir sıra imzalanmış protokollar var və bu sənədlərin müddəalarının hər birinin icrasına çalışacağıq: “İki ilə yaxındır ki, bütün dünya ölkələri kimi biz də Covid-19-la mübarizə aparırıq. Bu da öz növbəsində proseslərin ləngiməsinə səbəb olub”.
Səfir Sami Asem Abdullah Ğoşeh vurğulayıb ki, bütün bunlara baxmayaraq məqsədimiz Azərbaycanda İordaniya mədəniyyət günlərini keçirmək və eyni zamanda Azərbaycan mədəniyyət günlərini İordaniyada keçirməkdir: “İki ölkə arasında ən mühüm məsələlərdən biri də turizm sahəsində əməkdaşlıqdır və bu əlaqələrin möhkəmləndirilməsi üçün birbaşa Bakı-Amman aviareyisləri təşkil olunur. Keçən ilin may ayında bu reyislər artıq başlamalı idi. Əfsuslar olsun ki, pandemiya problemi bu aviareyisin açılmasına mane oldu. Ümid edirik ki, aviareyisin tez bir zamanda başlamasına nail olacağıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB