Azərbaycan bayrağı Xankəndiyə doğru yola düşüb! REALLIQ+FOTOLAR

Görünür, Qarabağ erməniləri yavaş-yavaş həqiqətə varmaqla utopik xəyallarından ayrılarlaraq “son damla qanlarına qədər türklərlə mübarizə aparmaq” fikirlərini kənara atmağa başlayıblar. SİA-nın məlumatına görə, Xankəndidən olan həkim Marat Yeqanyan özünün Facebook səhifəsində yazıb ki, yerli ermənilər Rusiya sülhməramlılarının nəzarətləri altında olan ərazilərdən Ermənistana, Rusiyaya və Avropaya köçmək qərarına gəlibilər. Xankəndidə isə kütləvi panik əhval-ruhiyyəsi yaşanamqdadır.

Əhali arasında belə bir söz-söhbətlər gəzməkdədir ki, Paşinyan payızda Azərbaycanla sülh müqaviləsi imzalamağa məcbur olacaq. Müqavilədə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq məsuliyyətini daşıyacaq. Yəni bütün ermənilərin “miatsum” xəyalları elə onların gözləri önündəcə darmadağın olacaq.

Bütün Qarabağda, Xankəndi də daxil olmaqla heç bir separat rejim izləri qalmayacaq!

Separatçıların quldurbaşısı, hərbi cinayətkar, sülhməramlıların nəzarəti altında olan ərazilərdə var-gəl edən Araik Arutyunyan isə hələ ki (!) özünü “prezident” rolunda görməkdədir. Lakin faktlar da üzdədir - erməni separatçılarının qalıqları artıq gizli, ya da açıq şəkildə yaxalarını kənara çəkir, yavaş-yavaş aradan çıxmaq üçün planlar işləyirlər. Bu isə üçtərəfli razılaşma prinsipləri ilə üst-üstə düşür, yəni bütün Qarabağda, Xankəndi də daxil olmaqla heç bir separat rejim izləri qalmayacaq!

Arutyunyanın vəziyyətinə isə qibtə edə bilməzsən. Artıq Xankəndidə bir neçə gündür ki, çoxsaylı mitinqlər davam edir, oradakı ermənilər Araiki istefaya səsləyirlər. Qarabağlı ermənilər Azərbaycan torpaqlarının 30 illik işğala məruz qalmasının ağır nəticələrini indi özləri öz üzərlərində yaşayırlar.

Xankəndi ermənilərinin öz evlərindən, yurdlarından köçüb-getməmələri üçün imkanları var...

Məhz 33 il əvvəl o zamankı “stepanakert” küçələrində “miatsum” bağırıb, azərbaycanlıları vəhşicəsinə dədə-baba torpaqlarından qovan ermənilər indi sözün əsl mənasında bumeranq effektini yaşayırlar, amma onların öz evlərindən, yurdlarından köçüb-getməmələri üçün imkanları da var. Bu barədə də qeyd edəcəyik...

Hələlik isə qarabağlı ermənilər separatçı “prezident” Araik Arutyunyanın Nikol Paşinyanın seçki qərargahına əvvəlcədən getdiyini və onu qələbəsi münasibəti ilə təbrik etməsini qınayırlar.

Söz yox ki, ermənilər ikinci Qarabağ müharibəsindən sonra həyatlarını normala döndərmək istəyirlər.Lakin Azərbaycanın iştirakı olmadan bu ümumiyyətlə mümkün deyil. Araikin və onunkimilərinin cinayətkar rejimlərinin isə tamamilə çıxış yolları qalmayıb. 30 il boyunca Azərbaycan torpaqlarını çapıb-talayan rejim mənsubları mütləq öz əməllərinə görə cavab verməli olacaqlar.

Qarabağ erməniləri isə münaqişənin artıq keçmişdə qalması faktı ilə barışmalı, yalnız Azərbaycanın tərklibində yaxşı həyat yaşayacaqlarını anlamalıdırlar, əvvəllər olduğu kimi...

Azərbaycan bayrağı mütləq Xankəndidə dalğalanacaq və bunun qarşısını heç cür almaq mümkün olmayacaq

Bu məsələ isə bir günün, ya da bir həftənin işi deyil, ancaq mütləq həll olunacaq. Məhz kommunikasiyaların açılması və Azərbaycanın ərazi bütövlüyünün tanınmasından sonra onların həyatları normal məcraya dönəcək.

Nəzərə alınsa ki, Azərbaycan istər regionda, istərsə də dünyada multikultural, çoxmillətli və tolerant ölkələr sırasında etalon rolunu oynayır, Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası qısa zaman məsələsinə çevrilir. Ən əsası, onlar Azərbaycanın yuridiksiyası altına keçməyi qəbul etməlidirlər, yerdə qalan iqtisdiyyat və infrastruktur məsələləri isə mərhələli şəkildə həyata keçiriləcək. Azərbaycan bayrağı mütləq Xankəndidə dalğalanacaq və bunun qarşısını heç cür almaq mümkün olmayacaq. Hətta belə desək, Azərbaycan bayrağı artıq Xankəndinə doğru yola düşüb!

Rövşən RƏSULOV

P.S. Biz zamanlar Şuşa qalasının divarlarında Azərbaycan bayrağını qrafik üsulla yerləşdirirdik, indi isə bayrağımız reallıqla qala divarlarından Xankəndiyə doğru baxır. Xankəndidə də ucalacaq bayrağımız Şuşaya öz salamlarını göndərmək ərəfəsindədir!

Bütün xəbərlər Facebook səhifəmizdə