Füzuli – Azərbaycanda yarım ilə aeroport inşa etmək! REPORTAJ+FOTOSESSİYA

Qarabağın işğaldan azad olunmasından sonra 30 ilə yaxın müddətdə dağıdılmış və məhv edilmiş şəhər və kəndlərin infrastrukturlarının yenidən qurulması, tikinti, bərpa və yeni inşaat proseslərinə startın verilməsi, eləcə də işlərin sürətlə aparılması xarici jurnalist və blogerləri sözün əsl mənasında heyrətləndirir. Təbii ki, uzun illər boyunca torpaqlarımızı talan edən, daşı-daş üstündə qoymayan işğalçıların bu əməlləri də yerdə qalmayacaq və söz yox ki, Ermənistan hər necə olursa-olsun, törətdiyi bu cinayətlərinə görə nəhəng miqdarda təzminatlar ödəməli olacaq. Lakin fakt budur ki, hətta həmin təzminatların ödənilməsini gözləmədən Azərbaycan artıq dinamik fəaliyyətə keçib, azad edilmiş ərazilərimizdə digər layihələrin həyata keçirilməsi ilə yanaşı, həm də hava limanları inşa olunmaqdadır.

SİA xəbər verir ki, Ukraynanın paytaxı Kiyevdən olan tanınmış fotobloger Aleksandr Çeban Azərbaycandan hazırladığı fotosessiyaları, eləcə də fikirləri ilə reportajlarını davam etdirir. Bu dəfə onun səfərinin mühüm məqsədi Füzulidə qısa müddətdə inşa edilən hava limanının tikintinisini işıqlandırmaqdan ibarətdir.

“Dağıdılmış binaların qalıqları arasından keçərkən mütəmadi olaraq həyati əhəmiyyətli müasir infrastrukturları görürsən – elektrik stansiyaları, tikinti zavodları, amma ki, bütün bunlar yalnız 6-8 ay ərzində tikilib!!!”

“İnşaat işləri yanvar ayında başlanılıb, aeroportun birinci reysi isə artıq sentyabrda olacaq!” deyə heyrətini gizlədə bilməyən ukraynalı bloger onu da xatırladıb ki, Qarabağın azad edilmiş əraziləri indi ümumiyyətlə həyat olmayan yer kimidir, lakin buradakı inkişaf planı möhtəşəmdir.

SİTAT: “Dağıdılmış binaların qalıqları arasından keçərkən mütəmadi olaraq həyati əhəmiyyətli müasir infrastrukturları görürsən – elektrik stansiyaları, tikinti zavodları, amma ki, bütün bunlar yalnız 6-8 ay ərzində tikilib!!!”, Çeban növbəti dəfə heyrətini gizlədə bilmir. O, çəkdiyi hər fotoda Füzuli şəhərinin və ətraf ərazilərinin qısamüddətli inkişaf reallıqlarını təqdim edir və əsasən, onu heyran edən məhz aeroportdur – dünyanın ən müasir standartlarına cavab verəcək möhtəşəm, əsrarəngiz hava limanı!

Yarım ilə yeni aeroport?

Bu sualla reportajını davam etdirən ukraynalı bloger artıq inamla, əminliklə vurğulayır ki, bunu yalnız Azərbaycanda etmək mümkündür!

O, xatırladır ki, fəaliyyəti dövründə aeroport kompleksini və onun inşası prosesini ilk dəfə müşahidə etmir və burada (Füzulidə) reallaşdırılan tikinti tempi həqiqətən də təəccübləndirir!

“Praktiki olaraq uçuş-eniş xətti hazırdır, eləcə də terminalın fundamenti tamamilə qoyulub, artıq karkasın yerləşdirilməsinə başlanılıb, həmçinin dispetçer qülləsi də tikillməkdədir”, reportajında yazan bloger hava limanının göstərəcəyi funksiyası barədə də söhbət açıb. SİTAT: “Bu aeroport Qarabağ ərazisində ilk əhəmiyyətli infrastruktur obyekti olacaq, onun inşası prioriteti ən yüksəkdir, ona görə də sentyabr ayında birinci reysin həyata keçiriləcəyi ilə bağlı məndə şübhə yoxdur. Söz yox ki, hələ indi müəyyən skepsis mövcuddur və aeroportla bağlı sərnişin axını, eləcə də coğrafiya ilə münasibətdə suallar yaranır. Real proqnozlara görə, Füzuli hava limanından mütəmadi reyslər və tələb olunan marşrutlar yaxın üç-beş ilə yaranacaq və 100-150 km radiusdakı yaşayış məntəqələrini əhatə edəcək. Regionun turistik potensialı - ən tezi onilliklər üfüqündədir”.

Uçuş-eniş xəttinin uzunluğu 3000 metr, eni isə 60 metri əhatə edir, eyni zamanda, 60 min kvadratmetr sahədə perronun tikintisi davam etdirilir

Aleksandr reportajı əsnasında digər işğaldan azad eidlmiş bölgələrimizdə də olduğunu xatırladıb və buna misal kimi Ağdamı göstərib. “Mən regionun mərkəzinə çevriləcək və hazırda “sıfırdan” tikilməkdə olan Ağdam şəhərində oldum və çox maraqlı, müasir layihə ilə bağlı növbəti reportajımda bəhs edəcəyəm”, deyə o bildirib.

Bunun ardınca ukraynalı bloger Füzuli aeroportunun asfalt-beton uçuş-eniş xəttinin davam etdirildiyini bildirib və qeyd edib ki, bu xətt geniş füzelyajlı hava gəmilərini qəbul etməyə imkan yaradır. Uçuş-eniş xəttinin uzunluğu 3000 metr, eni isə 60 metri əhatə edir, eyni zamanda, 60 min kvadratmetr sahədə perronun tikintisi davam etdirilir.

SİTAT: “Terminal binasının betonlama işləri başa çatdırılıb. Metal konstruksiyaların quraşdırılması üzərində işlər isə davam etdirilir. Terminalın dam örtüyünün bağlanması üçün istifadə edilən materiallar İtaliyadan gətirilib. Eyni zamanda, terminalın fasad hissəsinin bitirilməsi üçün Türkiyəyə material sifarişi verilib.

İnfrastrukturun hazırlanması işlərinin başa çatdırılması hava gəmilərinin uçuşlarını yerinə yetirmək istiqamətində vacib olan aeroidarəolunma və işıq texnikalarının təminatı, həmçinin avadanlıqların quraşdırılması üçün işlər sona yetib. Buna misal kimi meteoradar baza kompleksinin quraşdırılmasını göstərmək olar”.

Hava limanının ərazisində qazanxananın və s. yardımçı binaların və qurğuların inşası yönündə işlər davam etdirilir

Ukraynalı bloger əsas 10 KVT-lıq transformator yardımçı stansiyasının inşası işinin də başa çatdırıldığını bildirib və qeyd edib ki, orada təchiz edilmiş elektrik xətləri aerovağzal kompleksinin elektrik enerjisi ilə təmin edəcək.

O cümlədən, hava limanının ərazisində qazanxananın və s. yardımçı binaların və qurğuların inşası yönündə işlər davam etdirilir.

Aleksandr Çeban ərazidə artezian quyularının qazılması işlərinin, həm də davamlı su təchizatının təminatı üçün su rezervuarlarının tikintisi işlərinin də yekunlaşdığını deyib. Onun sözlərinə görə, prosesin optimallaşdırılması üçün Fizuli aeroportu yaxınlığında asfalt və beton zavodları tikilib.

Aeroidarəetmə avadanlıqlarının eləcə də qülləsinin tikinti işləri başa çatdırılıb

“Füzuli, Zəngilan və Laçın aeroportlarına ediləcək beynəlxalq uçuşların təminatı üçün beynəlxalq standartara cavab veriləcək hava trasları da tikilir”, deyən bloger nəticə olaraq qeyd edib ki, 2021-ci ilin 5 sentyabr tarixinə ilk reysin həyata keçirilməsi planlaşdırılır. Bu tarixdə uçuş-eniş xətti istifadəyə veriləcək və orada aeroidarəetmə avadanlıqlarının eləcə də qülləsinin tikinti işləri başa çatdırılıb.

“Bu tarixdə aerovağzal kompleksinin inşası da hissə-hissə sona çatdırılacaq, daha dəqiq desək, terminalın VİP seksiyası işə düşəcək. İlin sonuna isə Füzulinin beynəlxalq aeroportunun terminalının sərnişindaşıma və infrastruktur təminatı istiqamətində aparılan işlər yekunlaşdırılacaq”, deyən Aleksandr Çeban Qarabağ ərazisində davam etdirilən tikinti-quruculuq və sürətli inşaat prosesləri barədə növbəti yazılarında da çıxış edəcəyini bildirib.

QEYD: Yazının rus dilində dərc edilmiş orijinalını aşağıdakı linkdən oxuya bilərsiniz:

https://alexcheban.livejournal.com/350328.html

Rövşən RƏSULOV,

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə