Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyan müqavilə imzalayacaq "HRAPARAK" YAZIR

Artıq məlumdur ki, yaxın gələcəkdə Ermənistan və Rusiya rəhbərliyi Ermənistanın Qeqarqunik bölgəsinin Sotk-Xoznavar sektorunda rus sülhməramlılarının yerləşdirilməsi barədə razılığa gələcək və bundan sonra qoşunlar cəbhədən çıxarılacaqdır. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, "Hraparak" qəzeti bu barədə yazır.

Qəzet yazır ki, danışıqların bir gün əvvəl keçirilməsi faktı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan tərəfindən təsdiqlənib.

Azərbaycan tərəfinin onsuz da razılığını verib-vermədiyi barədə suala Davtyan, “Tərəflər danışıqlar aparır, çünki suallar var, məqsəd Azərbaycan bölmələrini heç bir toqquşma olmadan sərhədə çəkməkdir və lazım gələrsə, Rusiya tərəfi ilə əməkdaşlıq edərik", deyə cavablandırıb.

“Nikol Paşinyanın, çox güman ki, payızda, daha dəqiq, sentyabrda Azərbaycanın ərazi bütövlüyünü həqiqətən tanıyan bir müqavilə imzalayacağı barədə məlumatlar da var”, deyə nəşr qeyd edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə