Ölkədə siyasi repressiyalar başlayıb "ERMƏNİSTAN" BLOKU BƏYAN ETDİ

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın rəhbərlik etdiyi "Ermənistan" bloku ölkədə başlayan siyasi repressiyaların olduğunu qeyd edir. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu barədə siyasi qüvvənin Facebook səhifəsində qeyd olunur.

Bu barədə həmçinin blokun mərkəzi təşviqat qərargahının nümayəndəsi Aram Vardevanyanın imzaladığı açıqlamada da deyilir.

Həçinin, bütün icmalarda prefektlərin təhdidlər yolu ilə öz istəkləri ilə istefa etmək məcburiyyətində qaldıqları qeyd olunur. Eləcə də, bir neçə saat əvvəl Lori administrasiyasında belə bir tələbin Odzun icmasının rəhbəri Arsen Titanyana təqdim edildiyi və qubernatorun tələbini yerinə yetirməkdən imtina etdikdə, dərhal bölgə adminstrasiyası binasındaca döyüldüyü bildirilir.

“Hayastan” bloku baş verənləri şiddətlə qınayır və bu vendettanı həyata keçirənlərin cəzalandırılması üçün qanunun ən yüksək səviyyədə bütün tədbirlərini görəcəkdir. Əgər səlahiyyətlilər, hakimiyyətdə olanlar bu təcrübədən imtina etməsələr, yeni bir siyasi böhrana başlayacaq”, deyə bəyənatda bildirilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə