Xankəndi mitinqi – kim, hara və necə oynayır... SİYASİ RAKURS

Qarabağ klanının mənsubları artıq özlərinə belə sığışmırlar...

Xankəndi ermənilərinin keçirdikləri mitinqləri İrəvanda keçirilməli olan plnalaşdırılmış aksiyalarla paralel olmalı idi. Olmalı idi, amma olmadı.

Lakin görünür Ermənistandakı növbədənkənar parlament seçkçilərdə uduzan Qarabağ klanının mənsubları gərginliyi və özlərinin aktuallıqlarını saxlamaları üçün əsasn Rusiyadan olan sponsorları qarşısında uğursuz oyunlarını oynayırlar.

Başqa tərəfdən, Xankəndi doğumlu Araik Arutyunyanın Ermənistanda Nikol Paşinyanın mənzil-qərargahında yer alması etiraz üçün “şirma” rolunu oynamaqdadır.

Qarabağ klanının mənsubları artıq özlərinə belə sığışmırlar. Çünki onlar bu dəfə Qarabağ ermənilərini Ermənistandakı seçkilərə cəlb edə bilmədilər. Halbuki onlar var qüvvələri ilə sübut etməyə çalışırlar ki, Qarabağdakı bütün ermənilər sanki Ermənistan respublikasının “vətəndaşlarıymışlar” və seçkilərdə də iştirak etməyə haqları-filanları çatırmış. Amma özlərini “respublika” elan etmələri buna mane olurmuş. Nə qədər “həqiqətpərəst”, “ədalətli” və “demokratik” düşüncəliymişlər, necə deyərlər, adam lap “həsəd” aparır!

Fəqət, Paşinyanın seçkilərdəki qələbəsindən sonra bu ünsürlər də sıradan çıxarılacaqlar...

Amma daha bir məsələ budur ki, Araik müharibədə aldıqları ağır və sarsıdıcı məğlubiyyətdən sonra insanları sakitləşdirmək üçün dərhal Robert Koçaryanla Serj Saqrsyanın əsas quldurbaşılarından olan Vitali Balasanyanı “təhlükəsizlik şurasına” rəhbər gətirdi, Koçaryanın bir neçə il əvvəl ölmüş baş cangüdəninin oğlunu isə saxta “DİN”ə təyin etdi. Fəqət, Paşinyanın seçkilərdəki qələbəsindən sonra bu ünsürlər də sıradan çıxarılacaqlar.

Necə deyərlər, hələ çox şey qabaqdadır və qabaqda olanlar da nə Ermənistanın, nə də qondarma “DQR”in xeyrinədir. Qabaqda olanlar bilavasitə Azərbaycanın maraqlarına xidmət edəcək və buna doğru da inkişaf edir. Əks halda isə...

Görünən dağa nə bələdçi? Yəni “Dəmir Yumruq” məsələsi...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə