"İran Konstitusiyasına əsasən prezident seçkilərində istər ölkə daxilində, istərsə də ölkə xaricində bütün İran vətəndaşları iştirak etmək hüququna malikdir". Bu fikirləri SİA-ya açıqlamasında İran İslam Respublikasının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi deyib.
Səfirin sözlərinə görə, pandemiya ilə əlaqədar bir çox İran vətəndaşı öz ölkəsinə qayıdıb: "Amma Azərbaycanda yaşayan və işləyən İran vətəndaşlarının seçkilərdə iştirakı çox yaxşı səviyyədədir. Əvvəlki illərdə keçirilən prezident seçkilər zamanı mən statistikaya nəzər saldım və burada yaşayan iranlılarda 5000 min nəfərə qədər şəxsin seçkilərdə iştirak etdiyini gördüm".
S.A.Musəvi vurğulayıb ki, keçirilən prezident seçkilərində hələki namizədlərdən kimin lider olduğu bilinmir: "Bu gün saat 19:00-da seçkilər sona çatacaq və müşahidəçilər seçki bülletenlərini hesablamağa başlayacaqlar. Sabah günorta saatlarında isə qalib gələn namizədin adı açıqlanacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB