“48 partiyanın içərisində nə Müsavat, nə də AXCP yoxdur” - PARTİYA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ
“AXCP, Müsavat, “Milli Şura” kimi qüvvələr Azərbaycan hakimiyyətinin uğurlarını özlərinin mövqeləri üçün zərbə hesab edirlər. 48 siyasi partiya Şuşa bəyannaməsini bəyəndikləri, təqdir etdikləri, yüksək qiymət vermələri haqqında bir bəyanat imzalayıb. Təəssüflər olsun ki, həmin 48 partiyanın içərisində nə Müsavat, nə də AXCP yoxdur. Yəni adı çəkilən partiyalar növbəti dəfə də ümumi yanaşmadan kənarda qaldılar”. Bunu SİA-ya açıqlamasında Təkamül partiyasının sədri Teyyub Qənioğlu deyib.
Onun sözlərinə görə, Ali Baş Komandan İlham Əliyevin həm müharibə dönəmində, həm müharibədən sonra torpaqlarımızın işğaldan azad edilməsi, quruculuq sayəsində apardığı siyasət yüksək dəyərləndirilir və birmənalı şəkildə dəstəklənir: “Dağıdıcı müxalifət Azərbaycan dövlətinin 44 günlük Vətən Müharibəsində qazandığı parlaq qələbəyə heç vaxt kölgə sala bilməz. Həmişə demişəm və yenə də deyirəm iqtidara müxalifətdə olmaq olar, amma dövlətçiliyə müxalifət olmaq olmaz. Şuşa bəyannaməsi misilsiz tarixi bir bəyannamədir, bu Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq bir bəyannamədir”.
T.Qənioğlu onu da bildirdi ki, radikal müxalifətin istəyir ki, Azərbaycanda xoşagəlməz bir vəziyyət yaransın və bundan da öz məqsədləri üçün istifadə etsinlər: “Demək olar ki, 30 ildir ki, dağıdıcı müxalifət eyni şeyləri təkrarlayırlar. Müxalifətin fəaliyyəti ancaq ağa qara deməkdən ibarətdir. Yaxşı olardı ki, radikallar müxalifət hər şeyi qaralamaq və kölgə salmaq kimi hərəkətlərindən əl çəksinlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB