"Ermənistanı xarabalığa çevirirlər" ROBERT KOÇARYAN

Bu gün mövcud hakim komanda Ermənistanı xarabalığa çevirir. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu sözləru Ermənistanın ikinci prezidenti Robert Koçaryan Spitakda "Ermənistan" ittifaqının tərəfdarları ilə bugünkü görüşü zamanı söyləyib.

“Əgər Spitakda hökumət üç il heç bir şey etməyibsə, o zaman hansı vicdanla buraya gəlirlər, mitinq təşkil edir, insanlara etimad üçün müraciət edirlər? Kimsə mənə izah edə bilərmi?", deyə Koçaryan sual edərək, hakimiyyətin öz dövründə necə olduğunu xatırladıb.

Görünür, seçkiöncəsi tərəflər bir-birini tənqid atəşinə tutmaq, təhqir və təhdid etmək üçün də olsa mövcud durumlarını, ölkələrinin, Ermənistanın xarabalığa çevrildiyini etiraf edirlər. Diqqətə çatdıraq ki, hər bir halda bu etiraflar Ermənistanın vəziyyəti haqqında əsl həqiqətlərin bütün dünyaya çatdırılmasında əvəzsizdir. Çünki, dünya ictimaiyyəti üçün öz daxilindən olan liderlərin belə etirafları daha inandırıcıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...