Aksiyaların keçirilməsində kimlər maraqlıdır? PARTİYA FUNKSİONERİ MÜNASİBƏT BİLDİRDİ

Aksiyaların keçirilməsində kimlər maraqlıdır? PARTİYA FUNKSİONERİ MÜNASİBƏT BİLDİRDİ

“Yaxın günlərdə genişmiqyaslı aksiyaların keçiriləcəyinə inanmıram. Çünki bunun üçün sosial sifariş də yoxdur”. Bunu SİA-ya açıqlamasında AMİP funksioneri Əli Orucov deyib. Onun sözlərinə görə, bu, çoxdan sınaqdan çıxıb, artıq insanlar kütləvi etiraz aksiyalarına maraq göstərmirlər: “Bu baxımdan da, siyasi partiyalar etiraz aksiyaları keçirə bilmirlər. Ola bilsin ki, hansısa partiya sədri öz tərəfdarlarının bir necə nəfərini küçəyə çıxara bilsin. Amma kütləviliyin alınması üçün insanların buna inanması və maraq göstərməsi lazımdır. Bu sadalananların da heç biri ortalıqda yoxdur. Ona görə də, burada məqsəd nə olursa-olsun, belə bir aksiyaların keçiriləcəyi və təşkil olunacağı inandırıcı deyil. Aksiyaların keçiriləcəyini bildirməklə kimlərsə öz-özünün varlığını nümayiş etdirmək istəyir. Bir sözlə, adları çəkilən şəxslərin məqsədləri nədir, özləri bilərlər, amma reallıq budur ki, kütləvi aksiyaların baş tutacağı inandırıcı deyil”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə