“Cəsədlərin gizlədilməsi dövlət səviyyəsində olub” ARPİNE OVANNİSYAN

“Cəsədlərin gizlədilməsi dövlət səviyyəsində olub” ARPİNE OVANNİSYAN

Cəsədlərin gizlədilməsi ən yüksək dövlət səviyyəsində həyata keçirilən bir addımdır. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu sözləri “Ermənistan” blokunun nümayəndəsi Arpine Ovannisyan 2 iyunda keçirdiyi brifinqdə plastik torbalara qoyulmuş hərbçilərin cəsədləri ilə bağlı qalmaqallı materiallara münasibət bildirərkən deyib.

Ovannisyan vurğulayıb ki, hakimiyyət seçkilərdə bir səs belə itirməməyə çalışdığı üçün buna yol verib.

Onun sözlərinə görə, belə bir şeyin ümumiyyətlə, ola biləcəyini təsəvvür etmək çətindir.

“Burada siyasi, hüquqi və mənəvi məsuliyyət problemi var. Hüquqi baxımdan işdən çıxarılma kifayət edəcək bir səbəb deyil. Bu, cəsədlərin təhqir edilməsi məsələsidir. Heç olmasa rəsmi səhlənkarlıq faktı ilə dərhal cinayət işi başlanmalı idi. Düşünmürəm ki, Nikol Paşinyan bundan xəbərdar deyildi. Suallar hüquq-mühafizə orqanlarına verilməlidir”, - deyə A.Ovannisyan bildirib.

Xatırladaq ki, dünən mediada, ələlxüsus Ermənistan mətbuatında əvvəlcə gizlədilən cəsədləri əks etdirən fotolar yayımlanıb və daha sonra Abovyan vərəm xəstəxanasının morqunun döşəməsinə atılan ölən hərbçilərin qalıqlarının video görüntüləri yayılıb. Bu, erməni cəmiyyətində rezonans doğurub, hətta etiraz aksiyaları keçirilib, ölkə hakimiyyəti Ermənistan ictimaiyyətini tənqid atəşinə tutub. Ermənilər bunu özləri belə təhqir hesab edirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə