“Zəngəzurda baş verən hadisələr bir daha göstərir ki, Ermənistanda revanşist qüvvələr kifayət qədər güclüdür”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Nadir Şəfiyev deyib.
Onun sözlərinə görə, onlar vəziyyətin yenidən gərginləşməsi üçün əllərindən gələnini edirlər və edəcəklər: “Bu istiqamətdə siyasi qüvvələr bir növ yarışa giriblər. Paşinyan və onun komandası hakimiyyətini qorumaq üçün, digərləri isə hay hakimiyyətdə onu əvəz eləmək üçün sərt siyasətçi olmaqlarını göstərməyə çalışırlar. Bu ondan irəli gəlir ki, Ermənistan cəmiyyətinin özündə Azərbaycana və Azərbaycan xalqına qarşı nifrət kifayət qədər yüksək həddədir. Bu istiqamətdə illər əvvəl Minsk qrupu da, dünya birliyinin digər ölkələri də təşəbbüslə çıxış etmişdilər ki, tərəflər xalqları sülhə hazırlasınlar. Bu istiqamətdə açıq-aşkar hiss olunurdu ki, Ermənistanda sülhə hazırlıq prosesi getmiyib. Erməni cəmiyyətində xaos və panika var. Bununla yanaşı onlar öz xislətindən də geri qalmırlar".
Politoloq həmçinin qeyd edib ki, hakimiyyətə gəlməklə yanaşı həmin o revanşist qüvvələr özlərini sərt göstərməklə, sərhəddə vəziyyəti gərginləşdirməklə daha bir başqa məqsəd güdürlər: "Bu məqsəd də Qərbdəki havadarlarını yenidən oyuna qatmaq və Qafqaza qaytarmaqdır. Çünki bu gün Azərbaycan dövlət başçısının məqsədyönlü siyasəti nəticəsində biz faktiki olaraq, Ermənistanın ən yaxın müttəfiqi olan Rusiyanı öz tərəfimizə çəkə bilmişik. Obyektiv mövqe tutmasına nail ola bilmişik. Düşünürəm ki, seçkilər və seçkilərdən sonra ermənilərin ağlı başlarına gəlməsə, konstruktiv mövqe nümayiş etdirməsələr istər Azərbaycanın özü, istərsə də sülh prosesində ən maraqlı qüvvə olan Rusiya özü də bu prosesin tezliklə qutarması üçün müdaxilə edəcək. Bu prosesin sabitləşməsi üçün həmin kolidorların və nəqliyyatın işə salınması ilə bağlı işlər intensivləşdirilməlidir".
Arzu Elsevərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB