İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İrəvana səfəri çərçivəsində Baş nazir Nikol Paşinyanla görüşündə deyib ki, Ermənistan həmişə yaxşı dostumuz olub və iki ölkənin xalqları arasındakı münasibətlər keçmişdən qaynaqlanır. SİA xəbər verir ki, bu barədə məlumatı Ermənistan hökumətinin mətbuat xidməti verib.
Zərif bildirib ki, İranla Ermənistan arasında bir çox əməkdaşlıq sahəsi var və bunun bariz sübutu İranın yollar və şəhərsalma nazirinin iki gün əvvəlki səfərinin çox uğurlu keçməsidir: "Ümid edirəm ki, pandemiya bitdikdən sonra iqtisadi sahədə ikitərəfli münasibətləri daha da inkişaf etdirə biləcəyik. Mehri azad iqtisadi zonasının, eləcə də İran-Naxçıvan-Ermənistan dəmir yolunun mövcudluğu hər iki ölkə üçün çox xeyirli ola bilər. Yaxşı bir razılaşma əldə edilib. Ümid edirəm ki, yaxın gələcəkdə Zəngəzur (Sünik) bölgəsində aktiv fəaliyyətimizi təmin edə biləcəyik”.
Cavad Zərif, həm ikitərəfli, həm də regional xarakterli bir çox vacib məsələlərin həll edilməli olduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB