İran İslam Respublikasının Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami 28 May – Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. İranın Azərbaycandakı səfirliyindən SİA-ya göndərilən təbrik mətnində deyilir: "28 May - Respublika Günü münasibətilə Azərbaycan Respublikasının hökumətini və şərəfli Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm! İran İslam Respublikası Azərbaycan Respublikasının dövlət müstəqilliyini ilk tanıyan ölkələrdəndir və həmişə bu ölkənin müstəqilliyini, ərazi bütövlüyünü və inkişafını dəstəkləyib. Bu münasibətlə Azərbaycan Respublikası hökumətini və xalqını İran İslam Respublikasının hökuməti və xalqı adından təbrik etməkdən qürur duyuram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB