Gün ərzində, xüsusi ilə də günün sonunda, etdiklərimizi analiz edirik. Bu əməllərin nəticələrini, səbəblərini axtarırıq. Etdiyimiz düzlərin nəticələri xoşagəlməz ola bilər. Həm də bu düz əməl üçün daha çox əziyyət çəkmiş ola bilərik. Bu məqamda nəticələrə yox, bu analizini edərkən olduğunuz rahatlığa baxaq. İnsanlar yalnız etdikləri əməlin həqiqətini dərk etdikdə həqiqi xoşbəxtliyə çatırlar. Bu xoşbəxtlik ürəkdəki rahatlıqda, rahat yuxuda, üzümüzdəki gülümsədən ibarət olsa belə ən təqdir olunacaq duyğudur. Bu duyğuya sahib olmaq sizi milyonlardan fərqləndirəcəkdir. Sizə buna görə sadəlövh deyənlər belə gizlicə sizə pərəstiş edəcəkdir. Elə buna görə düz bilib etdiklərimizi “biz buyuq” deyib edək. Qısa zaman sonra görəcəyik ki, əməllərimizlə bərabər biz də düzgün fərdə çevrilmişik.
Həqiqət, onun izi ilə gedib aydınlanaq deyə var. Belə ki, siz düzgün olanı edərkən savabları və ya kiminsə gözündə düz olmağı düşünürsünüzsə, siz artıq günahkarsınız. Həqiqət elə mükəmməl nəsnədir ki, onun mənfəəti olmalı deyil. Mənfəət ona ləkə salır və sizi də mənfəətcil xeyirxahlardan birinə çevirir. Xeyirxahlıq, mərhəmət deyə bir əlamət mükəmməl insanda olmalı deyil. Belə ki, mükəmməl adamların vicdanı olur deyə kiməsə mərhəmət göstərməsi lazım deyil. O vicdanı ilə qarşısındakı fərdə normativ yanaşma seçir. Beləliklə düşünür ki, ona yardım etmək özünün insanlıq borcudur. Mükəmməl insan bunu öz vəzifəsi bilərək edir. Bu yolla özünü tamamilə rahat hiss edir. Bir sözlə, digərləri kimi sədəqə verərkən gözünü səmaya, Allaha tuşlayıb yuxarıdakını da borclu çıxarmır.
Biz Tanrıya borcluyuq. Çünki, məhz o bizə insani vicdan verib ki, onu bir növ bəsləyərək rahatlığımızı tapaq. Yəni belə də deyə bilərik ki, Tanrı vicdanımızdır. Düzgün əməli edərkən o, onsuz da bizə dinclik bəxş edir. Bu dinclik isə bizə yer üzündəki cənnəti verir. Bu dünyada cənnəti məhz bu cür yaşayırlar. Belə ki, o biri dünyanı hədəfləyərək buradakını fəda vermək düzgün olmazdı. Saf qaldıqdan sonra əminliklə demək olar ki, cənnətimiz də Tanrı ilə bərabər, bu dünyada, yəni qəlbimizdədir.
İnsanların gün ərzində etdiyi yanlışlar qəlbin güzgüsünə ləkə saldığı üçün, onlar öz cənnətlərini görə bilmirlər. Bu ləkələri silməyin yolu isə, həqiqətən peşman olmaq və islaha can atmaqdır. Tanrı bağışlayandır, necə ki, qəlbimizdəki güzgü silinə bilər. Təki o güzgü qırılmasın. Belə olan halda onun parçaları qəlbimizi incidəcəkdir. Daha sonra gözlərimiz dünyanın bitmək bilməyən işlərindən başqa bir şey görməyəcəkdir. Bu da gözümüzdə yorğunluq yaradacaq, ruhumuz taqətdən düşəcəkdir. Ümid edirəm ki, qəlbimizdəki güzgü salamat qalar. Gözəlliklər aləminə baxdığımız bu vasitəsinə itirən insanın həyatı çox sıxıcı olardı. Çünki həyat gözəl anlardan, vicdanımızdan və bu vicdanı bəsləyərkən çatdığımız xoşbəxtlikdən ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB