Pentaqonun "gizli ordusu" ifşa edildi

Pentaqonun "gizli ordusu" ifşa edildi

ABŞ mətbuatı Pentaqonun "daxili və xarici" əməliyyatları həyata keçirmək üçün 60 minlik ən böyük "gizli ordusu"ndan istifadə etdiyini aşkara çıxarıb. SİA-nın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Pentaqonun sosial media manipulyasiyasını da əhatə edən missiyalar üçün gizli bir ordu qurduğu iddia edilib.

İddia Newsweek-dən gəlib. Sözügedən xəbərə görə, “gizli ordu”nun 60 minlik "kiber döyüşçülər"i əsasən internetdən kəşfiyyat məlumatları toplayır, saxta pasportlardan istifadə edirlər. Bu təsisatın sosial mediaya təsir etdiyi və manipulyasiya kampaniyalarına qatıldığı da iddialar arasındadır. Pentaqonun gizli ordusunun maliyyə xərcləri isə illik təxminən 1 milyard dollardır.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə