"Gürcüstandakı hadisələrə dırnaqarası yanaşılması..." - EKSPERT RƏYİ

“Gürcüstanın azərbaycanlıların sıx məskunlaşdığı Dmanisi rayonunda eko-miqrantlar olan svanların hücumuna məruz qalması ilk dəfə yaşanan hadisə deyil. Svanların demoqrafiq vəziyyəti azərbaycanlıların əleyhinə çevirmək üçün 90-cı illərdə svanları bu əraziyə köçürdülər. Məqsəd isə azərbaycanlıları buradan çıxarmaqdır”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Siyasi şərhçinin sözlərinə görə, xüsusilə svanlar bu gün Gürcüstanda azərbaycanlılara qarşı təzyiq alətidir: “Regionda yeni bir mərhələnin başlanması, Azərbaycanın siyasi və hərbi qələbəsi bəzi qüvvələri narahat edir. Azərbaycan uzun illərdir ki, dost və qardaş gürcü xalqına və dövlətinə dəstək verib. Bütün çətin anlarında Azərbaycan dövləti Gürcüstana yardım edib”.

M.Əsədullazadə vurğulayıb ki, indi, bəzi qüvvələr Azərbaycanın artan rolundan narahat olaraq Gürcüstanda svanları etnik münaqişə çərçivəsində azərbaycanlılara qarşı yönəldir: “Burada Grücüstan hakimiyyətinin də zəifliyi var. Dövlətin və hakimiyyətin zəifliyidir ki, ölkəsində bu kimi kəskin probelmə dırnaqarası yanaşır. Azərbyacan dövləti öz soydaşlarını müdafiə edəcək. Gürcüstan hakimiyyəti ilə sıx əlaqələr qurulmalı və bu kimi etnik münaqişənin qarşısı birdəfəlik alınmalıdır. Bu, Gürcüstanın özünə ziyandır və abxazlar, osetinlər, acarlar məhz bu problemə görə Gürcüstanın tərkibində olmayacaq”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...