“Ermənistan ordusuna mövqe tutmaq əmri verildi” "JOXOVURD" QƏZETİ YAZIR

“Keçən həftədən bəri Qara göl ətrafında cərəyan edən hadisələr bölgədə yeni bir müharibənin başlanmasına son dərəcə zəmin yaradır". SİA xəbər verir ki, bu, "Joxovurd" qəzetində yazılıb və bu barədə yazı dərc olunub.

Qəzet yazır ki, gələn məlumata görə, azərbaycanlılar Ermənistan ərazisinə giriblər və bundan sonrakı günlərdə Ermənistan ordusuna ən yaxşı birləşmələrlə mövqelər tutmaq və qəfil hücuma hazır olma əmri verilib.

Xatırladaq ki, Ermənistan tərəfinin təxribatlarına cavab olaraq başlayan və cəmi 44 gün davam edən müharibə məntiqi olaraq Ermənistanın məğlubiyyəti, baş nazir Nikol Paşinyanın təslim, kapitulyasiya sənədini imzalaması ilə nəticələndi və Azərbaycan özünə məxsus olan torpaqları işğaldan azad edərək geri qaytardı.

Qeyd edək ki, 10 noyabr tarixli razılaşmaya əsasən Ermənistan tərəfi royonlardan bir neçəsini döyüşsüz təslim etdi və imzalanan razılaşmaya əsasən sərhədlər müəyyən edilir, hansıki, bu istiqamətdə də ermənilər vədlərinə, imzalanan sənədə uyğun olmayan hərəkətlər etməyə cəhd edirlər.

Diqqətə çatdıraq ki, Azərbaycan Prezidentinin də dediyi kimi, Ermənistan tərəfi razılaşmaya əməl etmədiyi, eləcə də danışıqları pozduğu təqdirdə layiqli cavabını alacaq və görünür elə bu səbəbdən də ermənilərin kürkünə birə düşüb və müvafiq hazırlıqlar görürlər. Çünki, razılaşmanı hər zaman pozmağa meyilli olduqlarını özləri də yaxşı başa düşürlər. Amma bir məsələdə yanılıqlar ki, hərhansı hazırlıq onları müdafiə və mühafizə edə bilməz, Azərbaycan öz hüquqi ərazisini bərpa etmək, torpaqlarını son qarışınadən qaytarmaq əzmindədir, sərhədlər də qanunun tələbləri ilə təyin olunacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...