YAP Qaradağ rayon təşkilatında müşavirə keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatında tədbirlər planına uyğun olaraq ərazi partiya təşkilatlarının sədrləri ilə video-müşavirə keçirilib. SİA-nın verdiyi məlumata görə, müşavirədə rayon təşkilatın sədri, Milli Məclisin deputatı Aydln Hüseynov çıxış edərək partiyamızın sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı siyasi, iqtisadi və hərbi uğurlardan danışıb.

Eyni zamanda rayon təşkilatının sədri ölkənin ictimai-siyasi həyatında önəmli siyasi hadisə olan YAP-ın VII qurultayının qarşıya qoyduğu vəzifələr barədə fikirlərini müşavirə iştirakçılarına çatdırıb.

Müşavirədə ərazi partiya təşkilatlarının fəaliyyətinə toxunulub, müsbət işlər barədə danışılıb, çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər müəyyənləşib və partiya uçot işinin nizama salınması ilə bağlı müvafiq tövsiyələr verilib.

İşgüzar şəraitdə keçən müşavirədə ərazi partiya təşkilatlarının sədrləri çıxış edib, fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə