"Qoruyaq" adlı sosial kampaniyaya start verilib

"Qoruyaq" adlı sosial kampaniyaya start verilib

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) BMT-nin Əhali Fondu (UNTPA) və BMT-nin İnkişaf Proqramı (UNDP) maliyyə dəstəyi "Qoruyaq" adlı sosial kampaniyaya start verdi. SİA-nın xəbərinə görə, layihənin məqsədi cəmiyyətdə gedən inkişaf proseslərindən daha az faydalanan təbəqəyə, gender əsaslı zorakılığın mahiyyətini çatdırmaq, hədəf seçilmiş bölgələrdə qadınların ictimai həyatda fəallıqlarını artırmağa çalışmaq və gender əsaslı zorakılığa qarşı mübarizəni düzgün dərk edilməsinə çalışmaqdır.

Öncəliklə UNTPA-in dəstəyi ilə AGAT 3 istiqamətdə 30 saniyəlik video çarxların çəkilməsini nəzərdə tutub. Mövzular gender əsaslı zorakılıq, erkən nikah və məişət zorakılığı qanunu ilə bağlı məlumatlandırmadır. Daha sonra IJNDP-nin dəstəyi ilə AGAT Azərbaycaın 5 bölgəsində video çarxlar vasitəsilə qeyd olunan mövzularla bağlı təbliğat tədbirləri həyata keçirəcəkdir. Belə ki, layihənin əhatə etdiyi bu mövzular maarifləndirmə xarakteri daşıdığından sosial çarxların yayımlanması, insanların sosial həyatda iştirakı artacaqdır. Eləcə də məişət zorakılığı haqda qanunu daha geniş kütləyə çatdırılmasına da nail olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə