Günter Ettinger Azərbaycana gəlir

Günter Ettinger Azərbaycana gəlir

Avropa Komissiyasının Enerji məsələləri üzrə komissarı Günter Ettinger gələn ayın 6-sı Azərbaycana səfər edəcək. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Rolan Kobiya deyib. Onun sözlərinə görə, səfər 3 gün davam edəcək və səfər çərçivəsində Azərbaycan-Aİ arasında enerji məsələlərinin mövcud durumu və gələcək perspektivləri müzakirə ediləcək. Kobiya bildirib ki, Ettinger həmçinin Azərbaycanda təşkil olunacaq Neft və Qaz Sərgisində də iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə