İƏT-in təcili olaraq çağrılması səbəbi məlum oldu

"İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin xarici işlər nazirlərinin təcili olaraq Türkiyəyə çağrılması səbəbi İsrail və Fələstin dövlətləri arasında olan gərginlik və çoxsaylı insan itkisinin olmasıdır". Bunu SİA-ya açıqlamasında deputat Elman Məmmədov deyib.

Deputat bildirib ki, bu münaqişənin böyük müharibəyə çevrilməməsi üçün İslam Əməkdaşlıq Təşkilatı yəqin ki, bir qərar qəbul edəcəkdir: "Bu qərar da Birləşmiş Millətlər Təşkilatına göndəriləcək və hər iki tərəf sülhə, danışıqlara çağrılacaq. Ancaq mən bir azərbaycanlı kimi öz mövqeyimi də bildirmək istəyirəm. Sosial şəbəkələrdə bu məsələ ilə bağlı fikirlər səsləndirilir ki, heç bir qarşıdurma, gərginlik olmasın, danışıqlar ilə iki tərəf bir-birinin anlasın və bölgədə normal həyat şəraiti düzəlsin. Azərbaycanlı kimi sülhün tərəfdarıyıq. Mövqe məsələsinə gəldikdə isə kimin haqlı olmasını özləri araşdıracaqlar. Bir müsəlman kimi qeyd edim ki, Fələstin də islam dövlətidir və müsəlmanlı milləti olaraq istəməzdik ki, onların itkisi olsun. Digər tərəfdən təəssüf hissi ilə bİldirmək istərdim ki, Fələstinin iki liderinin Yasin Ərəfatın və Mahmud Abbasın ermənilərə olan münasibəti məlumdur. Yasin Ərəfatın erməni keşişi ikinci Vazgenlə ağız-ağıza görüşməsi və ermənilərə dəstək verməsi Yasin Ərafın "sizin işiniz haqq işidir" deməsi eyni zamanda, Mahmud Abbasın "böyük Ermənistan dövləti görmək arzusundayam" ifadəsi insanlarda anlaşılmazlıq yaradır və məyus edir. Digər tərəfdən İsrailin bizə münasibətini də dəyərləndirsək, İsrail Azərbaycanı daim dəstəkləyib və dəstəkləməkdə davam edir. 44 günlük müharibədə bu dəstək özünü açıq şəkildə göstərdi. Bunlara baxmayaraq hesab edirəm ki, sülh tərəfdarı kimi çıxış etməliyik və hər iki tərəfi anlaşmağa , sülhə, danışıqlara dəvət edirik. Atəşkəsin bərqərar olmasına təklifimizi verəciyik ki, Azərbaycan hər zaman sülhsevərdir və hər zaman bu mövqeyi saxlayacaq".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...