Zərdab rayonunda "Şəhid ailələrinə qayğı" aksiyası davam edir FOTOLAR

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova və partiyanın fəal üzvləri Ramazan bayramı ərəfəsində "Şəhid ailələrinə qayğı" aksiyası çərçivəsində Vətən müharibəsində şəhid olanların ailələrini ziyarət ediblər. Ailələrə təşkilat adından sovqat təqdim edilib, onların qayğıları ilə maraqlanıblar. Şəhid ailələləri ilə görüşdə onlarla geniş söhbət aparılıb, 44 günlük şanlı müharibənin uğurlarından, Azərbaycanın qəhrəman oğullarının göstərdiyi şücaətdən, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi xidmətlərindən söhbət açılıb. Pərvin Mahmudova vurğulayıb ki, qəhrəman Azərbaycan əsgər və zabitlərinin cəsarəti, mətanətli və milli ruhu xalqımıza şanlı Qarabağ Zəfərini bəxş etmişdir. Azərbaycanın igid əsgər və zabitləri Vətən Müharibəsində elə bir şanlı tarix yazdılar ki, bu qəhrəmanlıq dastanı əbədi yaşayacaq, nəsillər tərəfindən öyrəniləcək və şəhidlərimizin əbədiyaşar xatirələri daima yad olunacaqdır.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıdan məmnunluqlarını ifadə edərək Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə