Şuşada "Xarıbülbül" festivalı

Bu gündən Şuşada Xarıbülbül festivalı başlayır. SİA xəbər verir ki, Şuşanın Ermənistanın işğalından azad olunandan sonra ilk dəfə keçiriləcək festival mayın 12-i və 13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutacaq. Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq və klassik musiqidən ibarət proqram təqdim ediləcək.

Qeyd edək ki, tədbirə dəvətlilər arasında bir sıra ictimaiyyət və mədəniyyət xadimləri, Qarabağdan, o cümlədən Şuşadan olan tanınmış şəxslər var.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...