Azərbaycan üçtərəfli bəyanat çərçivəsində öz öhdəliklərinə məsuliyyətlə yanaşır Nazir

Azərbaycan üçtərəfli bəyanat çərçivəsində öz öhdəliklərinə məsuliyyətlə yanaşır.

SİA-nın məlumatına görə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, S.Lavrovla təkbətək görüşü zaman bəyanatın icrası məsələsi müzakirə olunub:"Azərbaycan tərəfi hesab edir ki, bu bəyanat vəziyyətin normallaşması üçün, eləcə də regionda yeni reallıqların yaranması üçün kifayət qədər əsas yaradır"

Onun sözlərinə görə, Azərbaycan çoxlu sayda birtərəfli addım atıb. C.Bayramov bu bəyanatın icrasında Rusiyanın konstruktiv rolunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə