İş adamının evində axtarış olub POLİS NƏ AXTARIR?

Polis, Don Pipo ləqəbli iş adamı Artur Asatryanın evində axtarış aparıb. SİA xəbər verir ki, bunu Asatryanın vəkili Mkrtiç Vasakyan news.am müxbirinə verdiyi müsahibəsində deyib.

“Bir ay əvvəl Eçmiədzində baş verən dava faktı və eyni zamanda Eçmiədzindəki son qətl faktı ilə əlaqədar açılan cinayət işi üzrə axtarış aparılıb. Axtarış əsasən köhnə cinayət işlərinə aid olub. Qanunsuz silah-sursat axtarıblar, ancaq heç bir şey tapmayıblar”, deyə Vasakyan bildirib.

Qeyd edək ki, təxminən bir ay əvvəl Asatryanın malikanəsində də axtarış aparılıb. Vəkil axtarışlara gec gəldiyini və bunun əvvəlki axtarış ssenarisinə əsasən aparılıb-aparılmadığını bilmədiyini qeyd edib. Onun sözlərinə görə, Asatryanın bu cinayət işləri ilə heç bir əlaqəsi yoxdur.

Xatırladaq ki, mayın 5-nə keçən gecə Eçmiədzində qətl hadisəsi baş verib. Mətbuatda yayılan məlumatlara görə, 29 yaşlı Don Piponun cangüdəni Razmik Sogoyan öldürülüb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə