Ağdaşda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş konfrans keçirilib
Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Ağdaş rayon gənclər və idman idarəsi ilə birgə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan gəncliyi" adlı onlayn konfrans keçirilib. Konfransı giriş sözü ilə açan YAP Ağdaş rayon təşkilatı idarə heyətinin üzvü, rayon gənclər və idman idarəsinin rəisi Azad Gözəlov bildirib ki, Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanın inkişafı, dövlət müstəqilliyimizin möhkəmlənməsi, qorunub saxlanılması üçün əvəzsiz xidmətlər göstərib. Azərbaycan gəncliyi deyəndə, bunu Ulu Öndər Heydər Əliyevsiz təsəvvür etmək olmaz. İstər SSRİ tarixində olsun, istərsə də müstəqillik dönəmində Azərbaycan gəncliyinin uğurları, nailiyyətləri yalnız və yalnız Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Ulu Öndərimiz hakimiyyətə gəldiyi zamandan etibarən Azərbaycan gəncliyinin gələcəyini düşünmüş, Onun yürütdüyü uğurlu gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi öz parlaq, uğurlu dönəmini yaşamağa başlamışdır.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan respublikasının inkişafı yolundakı müstəsna rolundan danışan Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov çıxışında vurğulayıb ki, Tanrının Azərbaycan xalqına bəxş etdiyi nemətlərdən biri müstəqil Azərbaycan dövlətidirsə, digəri Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev fenomenidir. Ümummilli Liderimiz həmişə xalqına arxalanmış, onun gəncliyinə böyük ümidlər bəsləmiş və dəfələrlə qeyd etmişdir ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdana, yəni 1993-cü ilin iyun ayına qədər Azərbaycanda vəziyyətin son dərəcə ağır olduğunu nəzərə çatdıran C.Osmanov bildirib ki, mənfur AXC–Müsavat cütlüyünün xəyanət yolu ilə hakimiyyətə gəldikdən sonra törətdiyi xaos və anarxiya mühiti Azərbaycanı günbəgün uçuruma aparırdı. Yurdumuzun başı üstünü qara buludların aldığı bu çətin anda Azərbaycan xalqının yeganə ümidi, qurtuluş çırağı Ulu Öndər Heydər Əliyev oldu. Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqı, Azərbaycan dövləti naminə hər bir məqsədinə nail oldu. Ölkəmizdə elə bir sahə yoxdur ki, orada Ulu Öndərin xidmətləri olmasın. Onun misilsiz xidmətləri sayəsində ölkəmizdə təhsil, mədəniyyət, səhiyyə, gənclər, idman, ordu quruculuğu, iqtisadiyyat və digər sahələrdə canlanma yaranmış, həyata keçirilən sistemli tədbirlər nəticəsində böyük uğurlar əldə olunmuş, Azərbaycanın digər dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələri genişlənmiş və qısa zamanda ölkəmiz bütün dünyada tanınmışdır. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursu Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir, Dahi Şəxsiyyətin ətrafında formalaşan, Onun siyasi ideyalarını özündə yaşadan Yeni Azərbaycan Partiyası uğurla fəaliyyət göstərir. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin siyasi kursunu müasir dövrün tələbləri əsasında düşünülmüş şəkildə qətiyyətlə həyata keçirməsi nəticəsində artıq Azərbaycan regionda söz sahibinə, dünyada sayılıb-seçilən dövlətə çevrilmişdir. Ötən il sentyabrın 27-dən başlayaraq 44 gün davam edən Vətən müharibəsində əldə edilən möhtəşəm tarixi qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunması Azərbaycanın hərtərəfli güclü dövlət olduğunu sübut edir. Vətən müharibəsində əldə edilən parlaq Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qələbəsidir. Azərbaycan Vətən müharibəsində qazandığı möhtəşəm qələbə ilə regionda yeni reallıqlar yaratdı. Əldə edilən bütün bu uğurların əsasında isə məhz Ulu Öndər Heydər Əliyevin siyasi kursu, azərbaycançılıq ideyaları dayanır. Konfransda partiya fəalları Tənzilə Şıxıyeva, Teymur Əmirli, Möhlüd Hacıxanov və Dilarə Manafova çıxış edərək qetd ediblər ki, ömrünün 50 ilindən çoxunu Azərbaycan xalqının taleyi ilə sıx bağlamış, müasir Azərbaycan dövlətçiliyinin qurucusu, Ümummilli Liderimiz Heydər Əliyev iqtisadiyyat, milli ideologiya, mədəniyyət, elm, təhsil, səhiyyə, gənclər, idman və digər sahələrdə misilsiz xidmətlər göstərmiş və dünya şöhrətli bu Dahi Şəxsiyyətin fəaliyyəti hər zaman xalqımızın yaddaşında əbədi yaşayacaqdır. Ulu Öndərin gənclərlə bağlı imzaladığı sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. Ümummilli Liderin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün yeni mərhələyə qədəm qoymuşdur. Prezidentimiz İlham Əliyev Ümummilli Liderin gənclər siyasətinə sadiqliyini qəbul etdiyi bütün qərarları ilə sübuta yetirmişdir.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB