“Müxalifət və hakimiyyət insanları incitməməli, təhdid etməməlidir” Arman Tatoyan

Müxalifət və səlahiyyətlilər bir-birlərini və cəmiyyətin geniş təbəqələrini incitməməlidirlər. SİA xəbər verir ki, bu sözləri Ermənistan İnsan Hüquqları Komissarı Arman Tatoyan parlamentdə çıxış edərkən söyləyib.
“Təəssüf ki, bəzi iqtidar və müxalifət nümayəndələri, hətta tanınmışlar da daxil olmaqla, dözümsüzlük nümayiş etdirir və erməni cəmiyyətini "keçmiş" və "indikilər" olmaqla, bölür, bunu mütəmadi təbliğ edirlər. Onlar cəmiyyətin bütün təbəqələrini açıq şəkildə təhqir edirlər və ya bu cür təzahürləri dəstəkləyirlər. İnsan qruplarını təhqir edən tanınmış siyasi xadimlərin davranışı qəbuledilməzdir”, deyə Totoyan bildirib.
Tatoyan, bəzi səlahiyyətli nümayəndələrin eyni şəkildə, "pizza yeyənlər", "pozğunlar" və sair kimi ifadələri qəbul edərək kütləvi təhqirlərə yol verdiklərini söyləyib.
"Ermənistanın İnternet məkanı qarşılıqlı təhqir, söyüş və təhdidlərlə doludur ki, bu da cəmiyyət üçün qəbuledilməzdir", deyə Tatoyan əlavə edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə