“Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev-98” FOTOLAR

Bu mövzuda YAP Gədəbəy rayon təşkilatı video konfrans keçirib

06.05.2021-ci il tarixdə YAP Gədəbəy rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə “Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev-98” mövzusunda videokonfrans keçirdi.

Konfransı giriş sözü ilə açan YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev konfrans iştirakçılarını salamlayıb. O, Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin həyat və fəaliyyəti barədə geniş məruzə ilə məlumat verib.

Tədbirdə çıxış edən natiqlər- Gədəbəy RİH Başçısı Aparatının birinci müavini Natiq Nağıyev,YAP Gədəbəy rayon təşkilatı qadınlar şurasının sədri Məlahət Əliyeva, Gədəbəy rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov və başqaları məruzə ətrafında müzakirələr aparıblar.

Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə