"Erməni tərəfi konstruktivlik nümayiş etdirmir" POLİTOLOQ AÇIQLADI

"Rusiya xarici işlər naziri Sergey Lavrovun səfərindən öncə Azərbaycan humanist bir addım atdı". Bu sözləri SİA-ya açıqlamasında politoloq Fərhad Məmmədov deyib.

Onun sözlərinə görə, 3 erməni diversantı azadlığa buraxıldı ki, yığılıb qalan, həll olunmamış məsələlər öz həllini tapsın: "Çox şey Lavrovun Bakı səfərindən asılıdır. Sonuncu dəfə Paşinyanın Rusiya səfərindən sonra Putin cənab Prezident İlham Əliyevə zəng eləmişdi. Daha sonra erməni mətbuatında belə bir məlumatlar yayıldı ki, həmin diversantlar azadlığa buraxılıb. Lakin Rusiya sülhməramlılarının komandiri, general-leytenant Rüstəm Muradovun boş təyyarə məsələsi baş verdi. Bu onu göstərdi ki, hansısa məsələlərdə hələ də erməni tərəfi konstruktivlik nümayiş etdirmir. Düşünürəm ki, bundan sonrakı proseslərdə Rusiya əgər öz yeganə vasitəçiliyini qoruyub saxlamaq istəyirsə, Lavrovun səfəri də məhz buna xidmət edir".

Politoloq həmçinin qeyd edib ki, artıq həll olunmamış məsələlərin həllinə nail olunmalıdır: "Bura ilk növbədə Laçın dəhlizinə ciddi şəkildə nəzarət, Qarabağ ərazisində bütün yolların açılması və istifadə edilməsi, Zəngəzur dəhlizi haqqında qərarın qəbul edilməsi və və s. məsələlər həll olunmalıdır. Yəni bu hər iki tərəfin gözləntiləridir və Rusiya bu gözləntiləri yol xəritəsi kimi hazırlayıb onun həyata keçirilməsinə zəmanət verməlidir".

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...