Njdenin Qarabağdakı abidəsi Moskva veteranlarını hiddətləndirib! XİN-ə MN-ə müraciət

Moskvaətrafı Dolqoprudnensk müharibə veteranları, silahlı qüvvələrin və hüquq mühafizə orqanlarının əmək veretanları cəmiyyəti federal hakimiyyətə faşist kollaborantı Njdenin Qarabağdakı abidəsinin demontajı ilə bağlı çağırış edib və xatırladıb ki, faşizm xidmətçilərinin qəhrəmanlaşdırılması yolverilməzdir. SİA-ya daxil olan məlumata görə, müvafiq müraciət Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə və Müdafiə Nazirliyinə göndərilib.

Müraciətdə Njde tərəfindən formalaşdırılmış erməni əsirlərin vermaxtın “Erməni legionu” sıralarında törətdikləri cinayətlərdən bəhs edilir, onların Polşada, Ukraynada, minlərlə dinc sakinə qarşı qanlı əməlləri, Qərbi Krımda 20 mindən çox insanı qətlə yetirmələri barədə bəhs olunur.

Vurğulanır ki, faşizm üzərindəki qələbə keçmiş SSRİ-nin bütün xalqlarını birləşdirir və təşkilat sözügedən abidənin Qələbə Gününü qeyd etməyə hazırlaşan Rusiya sülhməramlı kontingentinin xidmət etdikləri ərazidə yerləşməsi Avrasiya məkanındakı azsaylı və vahid dəyərləri pozur. Veteranlar həmçinin əmindirlər ki, bu, faşizmin qəhrəmanlaşdırılmasına qarşı prinsipial mübarizə aparan Rusiyanın nüfuzuna zərbə endirir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə