5000 min ölü, minlərlə itkin, yüzlərlə əsirə cavabdeh NECƏ ZARAFAT EDİR?
“5000 ölən əsgər, yüzlərlə əsir və minlərlə itkin düşən şəxsə görə cavabdeh olan hələ də ağzını açıb zarafat etməyə cəsarət edir”. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistan Respublikaçılar Partiyasının sədr müavini, Ermənistan Respublikasının Milli Məclisinin Xarici Əlaqələr Daimi Komitəsinin keçmiş başçısı Armen Aşotyan öz "facebook" səhifəsində yazıb.
“Xeyr, son xəyanət və qanlı müharibənin nəticələri üçün məsuliyyətdən nə qədər çəkinməyə çalışsa da, bu yalançının yalanını davamlı ifşa etməkdən yorulmayacağam. Serj Sarkisyanın müsahibəsindən bir neçə gün sonra özlərinə gələn əclaflar bu gün Milli Məclisin tribunasından yenə də ictimaiyyətə daha bir manipulyasiya dozası atırlar. Yalanlarını ifşa etmək üçün 10 dəqiqəlik bir "google" axtarışının kifayət olduğunu kənara qoyuram.
5000 qurbanın, yüzlərlə əsir və minlərlə itkin düşənlərin baiskarı hələ də belində çanta "təbəssüm edərək" ağzını açmağa və zarafat etməyə, hırıldamağa cəsarət edir. Erməni torpağı hələ belə bir əxlaqsız doğmayıb", deyə Nikol Paşinyan sosial şəbəkə hesabında yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB