Regionumuz son günlərdə: nələr baş verib? - ANALİZ

Regionumuz son günlərdə: nələr baş verib? - ANALİZ

Erməni radikalları Qarabağdakı müharibə fonunda poqromlara görə 15 il həbs cəzası ilə üzləşirlər

"Moskva-Bakı" platformasında (moscow-baku.ru) İnna Lisovskayanın təqdimatında yayımlanan proqramda regionumuzda gedən proseslər analiz olunub. Verilişdə qeyd olunan məqamları oxucularımıza təqdim edirik.

Təyyarə parkının genişləndirilməsi

Azərbaycan Prezidenti İlham Əliyev "Boeing Commercial Airplanes" şirkətinin baş icraçı direktoru Stenli Dil-i qəbul edib. Söhbət əsnasında İlham Əliyev Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə yeni hava limanlarının inşası ilə əlaqədar mülki və yük təyyarələri parkını genişləndirmək niyyətində olduğunu və bu mövzuda “Boeing” ilə əməkdaşlıq etməyi planlaşdırdığını bildirdi.

Sitat: “Əminəm ki, uğurlu əməkdaşlığımız davam edəcəkdir. Yük təyyarələrimizi inkişaf etdirməyinizə də kömək etdiniz. İnanıram ki, Azərbaycan hava yüklərinin daşınmasında lider ölkələr sırasındadır”-İlham Əliyev.

Prezident Azərbaycanın nəqliyyat təyyarələri parkının potensialına görə lider ölkələr arasında olduğunu vurğuladı: “Bunu böyük bir nailiyyət hesab edirəm, çünki bölgəmizdə bu qədər güclü yükdaşıma parkına sahib olan bir çox ölkə yoxdur. Bu, bizə kömək edir və əməkdaşlığımıza xidmət edir".

Öz növbəsində, şirkətin baş icraçı direktoru Stanley Dil Azərbaycanın hava yükdaşıma sahəsində liderliyinin təqdirəlayiq olduğunu vurğuladı.

“Boeing” və Azərbaycanın yük daşıyıcısı “Silk Way West Airlines” bu gün Azərbaycanın yük daşıyıcısının 5 “Boeing 777 Freighter” təyyarəsi üçün verdiyi sifariş sayəsində gələcəkdə beynəlxalq marşrut şəbəkəsini genişləndirəcəyini açıqladı.

Bu, Xəzər bölgəsində və Orta Asiyada bu uzun mənzilli, cüt mühərrikli, ağır yük təyyarələrini əldə edən ilk əməliyyatdır. “Boeing 777 Freighter” təyyarələrinin aviaşirkətin artan yük daşınmasına olan tələbatı ödəməsinə kömək edəcəyi qeyd olunur.

İqtisadi əməkdaşlığın gücləndirilməsi

Moskvada Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 19-cu iclası keçirildi. İclas hər iki tərəfdəki hökumətlərarası komissiyanın həmsədrlərinin - Rusiya Baş nazirinin müavini Aleksey Overçukun və Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin sədrliyi ilə keçirilib.

Azərbaycan və Rusiya baş nazir müavinləri dövlət başçılarının səyləri sayəsində iki ölkə arasındakı münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafını davam etdirərək strateji tərəfdaşlıq səviyyəsinə çatdığını qeyd etdilər.

Pandemiya şəraitində ikitərəfli münasibətlərin davamlı inkişafı üçün əsas diqqətin 2024-cü ilə qədər Azərbaycan-Rusiya qarşılıqlı fəaliyyətinin əsas istiqamətlərinin inkişafı Planının həyata keçirilməsinə yönəldildiyi vurğulanıb.

Tərəflər bu günə qədər ticarət və investisiya, nəqliyyat potensialının artırılması, rəqəmsallaşma, yenilikçi inkişaf və rəqəmsal iqtisadiyyat, turizm və humanitar sahələrdə 6 yol xəritəsi çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində işlərin uğurla davam etdirildiyini qeyd etdilər.

Bu ilin 1-ci rübündə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2% artmışdır.

Tərəflər qarşılıqlı investisiyaların həcmindən məmnunluqlarını ifadə edərək, onların artması üçün geniş imkanların olduğunu və pandemiyaya baxmayaraq, keçən il ölkələr arasında aqrar-sənaye kompleksi məhsullarının dövriyyəsinin 6% artdığını bildirdilər. Azərbaycandan Rusiyaya ixrac olunan kənd təsərrüfatı məhsullarının çeşidinin genişləndirilməsinin, mövcud qanunvericilik bazasının möhkəmləndirilməsinin vacibliyi vurğulandı, nəqliyyat və tranzit sahəsində əməkdaşlığın inkişafından, dəmir yolu ilə yükdaşımaların artmasından məmnunluq ifadə edildi. Həmçinin, bu ilin 1-ci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə dəmiryolunda 5%-dən çox, və avtomobil nəqliyyatı ilə yük daşınmasının həcmində isə 11% artıq qeyd edilmişdir.

Bundan əlavə, Şimal-Cənub və Şimal-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin uğurlu işləri qeyd edildi. Xüsusilə, keçən il Şimal-Cənub dəhlizi ilə yük daşımalarının həcminin 2019-cu illə müqayisədə 15% çox olduğu, dəmir yolu yükdaşımalarında artımın 23% -dən çox olduğu, avtomobil nəqliyyatı ilə yük daşımalarının təxminən 14% artdığı qeyd edildi. Bu ilin 1-ci rübündə dəhliz boyunca daşınan malların həcmində də 23,5% artım olmuşdur. 2020-ci ildə Şimal-Qərb beynəlxalq nəqliyyat dəhlizində yük daşımalarının həcminin 11% artdığı da əlavə edildi.

İclasda ticarət, iqtisadi, nəqliyyat, enerji, kənd təsərrüfatı, humanitar sahələrdə əməkdaşlıq perspektivləri müzakirə edildi. Hər iki tərəf Azərbaycan-Rusiya strateji tərəfdaşlığının gücləndirilməsinə, qarşılıqlı faydalı layihələrin davam etdirilməsinə xüsusi əhəmiyyət verdiklərini vurğuladılar.

Bundan əlavə, koronavirus pandemiyasına qarşı mübarizə sahəsində mövcud əməkdaşlıqdan məmnunluqlarını ifadə etdilər və həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi apardılar.

Görüşdən sonra Rusiya və Azərbaycan tərəfləri ölkələr arasında iqtisadi əməkdaşlığa dair Protokol imzaladılar.

Əlavə edirik ki, Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya işgüzar şuralarının genişləndirilmiş iclası da onlayn keçirilmişdir.

Məğlubiyyətdə günahkar birini axtarır

Erməni qüvvələri ötən payızda Azərbaycanla 2-ci Qarabağ müharibəsində respublikanın məğlubiyyətində günahkar birini axtarmağa davam edir. Qarabağ separatçılarının başçısı Araik Arutyunyan Ermənistandan narazılığını belə ifadə etdi. O, Qarabağdakı müharibənin nəticələrinin 2020-ci ilin oktyabr ayının əvvəlində ona aydın olduğunu, ancaq Ermənistandakı siyasi qüvvələrin hərbi əməliyyatların erkən dayandırılması ilə bağlı bir fikir birliyinə gələ bilmədiklərini bildirdi. Onun sözlərinə görə, o günlərdə respublikadakı bir çox siyasi qüvvələr müharibənin bitməsini xəyanət hesab edirdilər. Ümumiyyətlə, məğlubiyyətin əsas səbəblərindən bəhs edən Arutyunyan, 1994-cü il may atəşkəsindən sonra Ermənistanın hərbi-siyasi rəhbərliyinin və separatçıların dünya təcrübəsindən lazımi dərsləri almadıqlarını bildirdi. Onun sözlərinə görə, "danışıqlarda üstünlük qazanan səlahiyyətlilər daha sonra əlverişli qərarlar əldə edə bilmədilər".

Bu fonda Qərb Qarabağ zolağında münaqişə tərəflərinə qarşı balanssız mövqe nümayiş etdirməyə davam edir. Beləliklə, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədri ölkəsi Fransa parlamentinin deputatı Fransua Pupponi ərəfəsində qanunverici orqana Azərbaycanda təxribatçı sayılan sözdə əsirlərin erməni tərəfinə geri dönməsini tələb edən bir qərar layihəsi təqdim etdi.

Bu gün Ermənistan bu məsələdə Qərbdən kömək axtarmağa yeni bir cəhd edir. Beləliklə, Respublika prezidenti Armen Sarkisyan Avropa Şurasının Baş Katibi Mariya Peyçinoviç-Buriç və ATƏT-in Baş Katibi Helqa Mariya Şmidt-ə məhkumların Azərbaycandan qayıtmasına kömək üçün müraciət məktubu göndərdi.

Eyni zamanda, bu ərəfədə Azərbaycan təxribatçıların qohumları ilə əlaqə qura biləcəyi barədə razılığa gəldi. Həbs edilənlər Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə ailələrinə video mesaj ötürüblər. Bunu Qırmızı Xaç ofisinin Ermənistandakı nümayəndəsi Zara Amatuni bəyan edib. Onun sözlərinə görə, belə bir əlaqə vasitəsindən ilk dəfə istifadə olunur. Azərbaycanda saxlanılan şəxslərə qohumları ilə telefon əlaqəsi qurma imkanı verildi və son görüşlər zamanı videolar çəkildi və ailələrinə təhvil verildi.

Xatırladaq ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli Bəyannaməsinin 9 noyabr tarixində imzalanmasından sonra hərbi personala və mülki şəxslərə qarşı terror aktları törətdikləri üçün tutularaq Azərbaycan ərazisinə köçürülmüş erməni hərbçilərindən bəhs edirik.

Azərbaycan Prezidenti İlham Əliyev bütün hərbi əsirlərin Azərbaycan tərəfindən ən qısa müddətdə Ermənistana köçürüldüyünü bildirib, üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycanda həbs olunan eyni erməni hərbçiləri Azərbaycan liderinin qeyd etdiyi kimi, hərbi əsri deyil, təxribatçı və terrorçudurlar.

Poqrom üçün uzunmüddətli həbs

Keçən ilin sonunda ABŞ-ın Los-Anceles şəhərində bir Türk restoranını Qarabağda davam edən müharibə fonunda talan edən radikalları 15 il həbs gözləyir. Bu işdə həbs olunan 2 ABŞ vətəndaşı- 23 yaşlı Villyam Stepanyan və 23 yaşlı Arutyun Qarri Çalikyan - 6 maddə ilə ittiham olundu. İttiham aktına görə, Villyam Stepanyan 4 noyabr 2020-ci ildə, Qarabağda müharibənin Azərbaycanla Ermənistan arasında getdiyi bir vaxtda, telefonundan Los-Ancelesdə "Türkləri ovlamağa başla" çağırışı ilə mesaj göndərib. O, həmin gün Arutyun Qarri Çalikyan ilə görüşdü. Gənclər bir türk restoranına girərək: "Səni öldürməyə gəldik, səni öldürəcəyik"- deyə qışqıraraq poqroma başladılar.

Radikal ünsürlər restorana 20 000 dollar məbləğində ziyan vurdular, müəssisə müvəqqəti olaraq bağlandı və bu müddət ərzində bir neçə min dollar gəlir itirdi. İndi prokurorluq Stepanyan və Çalikyan üçün 15 il, nifrət cinayətinə görə isə əlavə 5 il həbs tələb edir.

Xatırladaq ki, hadisə ötən il 4 noyabr axşamı Los-Angeles əyalətinin Beverli Hills şəhərində (Kaliforniya ştatı) baş vermişdi. 6-8 nəfərlik bir qrup, “İstanbul Cafe” restoranına hücum edərək müəssisə sahiblərinə xəsarət və restoranın əmlakına böyük ziyan vurub. Təcavüzkarlar Azərbaycan və Türkiyəyə qarşı təhqiramiz ifadələr səsləndiriblər. FTB və Los-Anceles Polis İdarəsinin birgə apardığı istintaqa görə, cinayətdə şübhəli bilinənlərdən biri 4 noyabr 2020-ci ildə Glendal şəhərində tutulub. Bir az sonra ikinci şübhəli Villyam Stepanyan da tutuldu. O, quldurluq, vandalizm və digər cinayətlərdə ittiham olundu. Qrupun qalan hissəsi haqqında heç bir məlumat verilmədi.

Xatırladaq ki, bu yaxınlarda həmin Los-Ancelesin mərkəzində, Erməni Gənclər Federasiyasından və Amerikanın Erməni Milli Komitəsindən olan radikal düşüncəli daşnak ermənilər Azərbaycan bayrağına bükülmüş bir manekeni asdılar. Radikallar fəryadları ilə, əslində, etnik zorakılığa çağırdılar.

Azərbaycan Xarici İşlər Nazirliyi erməni ekstremistlərinin təcavüzkar hərəkətlərinə reaksiya göstərərək son vaxtlar bu işin azərbaycanlılara qarşı nifrət və zorakılığın ilk təzahürü olmadığını xatırladıb. Bənzər hadisələr 2020-ci ilin iyulunda, Los-Ancelesdəki Azərbaycanın Baş Konsulluğunun binası qarşısında radikal erməni-daşnakların bir neçə azərbaycanlının üzərinə hücum edərək onları yaraladığı zaman baş verib.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə