Azərbaycan Prezidentinin açıqlaması RUSİYA MƏTBUATINDA

Azərbaycan Prezidentinin açıqlaması RUSİYA MƏTBUATINDA

Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan tərəfi Ermənistanla sərhəddə infrastrukturun yaradılması üzərində işləyir, hazırda bu infrastrukturun uzunluğu 500 kilometrdir. SİA xəbər verir ki, bu barədə Rusiyaya məxsus RİA Novosti Agentliyi məlumat yayıb.

"Sərhədçilərimiz hazırda azad edilmiş ərazilərdə Azərbaycan-Ermənistan sərhədini qoruyurlar. Bu sərhəd də bərpa edilib və sərhəd boyunca bütün lazımi infrastruktur işləri aparılır, bütün texnika səfərbər edilmişdir. Bu sərhədin uzunluğu təqribən 500 kilometr", deyə Cənab Prezident İlham Əliyevin sərhəd gözətçiləri ilə görüşdə bildirdiyi fikirləri RİA Novosti sitat gətirib.

Xatırladılır ki, 2020-ci il sentyabr ayının sonunda Ermənistan tərəfinin təxribatları nəticəsində Dağlıq Qarabağda müharibələr yenidən başlayıb və bu da uzunmüddətli münaqişənin davamı hesab olunurdu. Qeyd olunur ki, atəşkəs bağlamaq üçün bir neçə dəfə cəhd edilsə də, 10 noyabr gecəsi əldə edilən üçtərəfli razılaşmanın müvəffəqiyyətli olduğu ortaya çıxıb. Həmçinin nəzərə çatdırılır ki, Moskvanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan atəşin tamamilə dayandırılması, əsirlərin və ölülərin cəsədlərinin mübadiləsi barədə razılığa gəliblər və bundan əlavə, bölgədə rus sülhməramlıları da var.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə