Xankəndi sakini özünü asdı: problemlər durmadan artır SƏBƏB

Xankəndi sakini öz mənzilində asılmış vəziyyətdə tapılıb. SİA xəbər verir ki, bu barədə erməni KİV-ləri yazırlar. Qeyd olunur ki, aprelin 26-da, saat 13:00 radələrində 1990-cı il doğumlu sakinin cansız cəsədi asılmış vəziyyətdə aşkar edilib.

Qeyd edək ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazilərində nəzarət etdikləri bölgələrdə intihar halları sürətlə artır.

Eyni zamanda, hazırda bu ərazilərdə normal həyat üçün heç bir infrastruktur yoxdur, eləcə də tibbi xidmət sahəsi də demək olar ki, yox səviyyəsindədir.

Bütün bunlar isə sübut edir ki, ermənilərin yaşadıqları həmin ərazilərin gələcəyi yalnız birmənalı qaydada Azərbaycanın tərkibinə inteqrasiyasından keçir. Bu məsələ gecikdikcə, intihar halları ilə yanaşı, həm də ağır cinayətlərin, qətl və talançılıq əməlləri durmadan artacaq. O cümlədən, yerli ermənilərin adi sosial həyatları da get-gedə sıfır həddinin altına düşəcək.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə