Azərbaycanda 3 general təqaüdə göndərildi

Azərbaycanda 3 general təqaüdə göndərildi

Azərbaycan Ordusunun üç generalı vəzifəsindən azad olunub. SİA xəbər verir ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Zahid Hüseynov, nazirliyin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini, general-mayor Rasim Əliyev və Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanlığının Təşkilat-İnspeksiya rəisi, general-mayor Lənkəran Əliyev təqaüdə göndərilib.

Müdafiə Nazirliyi məlumatı təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə