"Baydenin qərarından ən çox ziyan çəkən məhz Amerika olacaq" DEPUTAT SƏRT REAKSİYA VERDİ
Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Baydenin belə bir addım atması yalnız təəssüf doğurur. Bu qərardan ən çox ziyan çəkən məhz Amerika olacaq". Bunu SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, Amerika bununla Şərqdə Türkiyə kimi bir güclü dövlətlə - strateji tərəfdaşla münasibətlərə xələl gətirmiş oldu: "Amerika zamanla yanlış addım atdığını yaxşı anlayacaq. Əslində tarix diqqətlə araşdırılsaydı soyqırımı törədənlərin məhz ermənilər olduğunu görərdilər. 1918-ci ildə və 90-cı illərin əvvəllərində Azərbaycanlılara qarşı törədilən soyqırımlara niyə qiymət verilmir?
Bu addımın atılma səbəblərindən biri də Türkiyənin bölgədə durmadan nüfuzunun artmasının Qərbdəki bir sıra dairələri narahat etməsidir. Ancaq bu Türkiyənin bölgədə və dünyada artan nüfuzunun qarşısını ala bilməz. Türkiyə sürətlə inkişaf edir və bölgədə nüfuzu durmadan artır.
Amerika bölgədə sülhü və əməkdaşlığı dəstəkləmək əvəzinə Ermənistanın cinayət əməllərini dəstəkləməyi üstün tutdu. Bu gün bölgədə əməkdaşlıqlarla bağlı geniş müzakirələrin aparıldığı bir vaxtda belə bir addımın atılması anlaşılan deyil. Azərbaycan və Türkiyə bütün ümummilli məsələlərdə bir-birilərini dəstəkləyiblər. Bu gün Prezident İlham Əliyevlə Türkiyə Prezidenti arasında baş tutan telefon danışığında bu dəstək bir daha ifadə olundu.
Burada Ermənistanın da üzərinə böyük məsuliyyət düşür. Ermənistan üçün düşdüyü ağır durumdan çıxmaq üçün bir şans yaranmışdı. Onlar bu fürsətdə yararlanmaq əvəzinə qonşu dövlətlərlə münasibəti pozmağa üstünlük verdi. Bu yanlış qərarın vəbalını erməni xalqı da çəkəcək. Uzun illər düşdüyü ağır vəziyyətdən çıxa bilməyəcək.
Növbəti mərhələdə qarşıda duran mühüm vəzifələrdən biri də strateji tərəfdaşlarla, eləcə də Türk Şurasına üzv ölkələrlə əlaqələrin və birliyin daha da gücləndirilməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB