“Putinin bir neçə beynəlxalq telefon danışıqları gözlənilir” Dmitri Peskov

Rusiya prezidenti Vladimir Putin cümə günü bir neçə beynəlxalq telefon danışığı aparacaq. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mətbuat katibi Dmitri Peskov söyləyib.

"Bu gün prezident Kremldə işləyir. Səhər planlaşdırılan iki beynəlxalq telefon danışığı var. Məlumatları gözləyin", deyə Peskov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...