Bu qərar Ankaranın yerli silahlarını inkişaf etdirməsinə gətirib çıxaracaq - ŞƏRH ÖZƏL
“ABŞ Türkiyəni F-35 proqramından rəsmən çıxardı. İki ölkə arasında hərbi -texniki əməkdaşlıq bununla son çatdığını qeyd edə bilərik. ABŞ Türkiyənin regional müstəvidə apardığı müstəqil siyasəti və Rusiyadan aldığı "S-400" Triumf havadan müdafiə raketlərinə görə "cəzalandırdı". Amma, bu qərar Ankaranın daha da çevik siyasət aparmasına, yerli silahlarını inkişaf etdirməsinə gətirib çıxaracaq”. Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert qeyd edib ki, Vaşinqtonun bu qərarı hazırda Ankaranın strateji maraqlarına uyğundur: “Çünki Türkiyə Cənubi Qafqaz və Mərkəzi Asiyaya açılım siyasəti aparır. Yeni bir regional dövlətləri ətrafında birləşdirməklə beynəlxalq müstəvidə aparıcı ölkə roluna nail olacaq. Bu prizmadan yanaşdıqda Azərbaycan-Türkiyə əlaqələri daha da inkişaf edərək, Ankaranın yanında yer alıb, yeni regional nizamda öz təhlükəsizliyini gücləndirəcək”.
M. Əsədullazadə vurğulayıb ki, ABŞ bu sanksiyaları tətbiq etməklə, Türkiyə əvəzinə Yunanıstana üstünlük verəcək: “Yunanıstan vasitəsilə regionda Türkiyə əleyhinə provakasiyaların şahidi olacağıq. Türkiyənin Rusiya ilə əməkdaşlığa görə bu proqramdan çıxarılması Vaşinqtonun regionda təsirinin zəifləməsinə gətirəcək. ABŞ-ın yeni dizayn etdiyi strategiyasında Türkiyə Yunanıstanla əvəz edilib. Yunanıstan isə regionda ABŞ-ın maraqlanarına uyğun siyasət yürüdə bilməyəcək. Türkiyə regionda olan ölkələrlə sıx əməkdaşlıq formatına keçməklə, ABŞ-ın onunla hesablaşmasına gətirib çıxara bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB