Ermənilərlə Rusiya SM-ı arasında qarşıdurmalar artır ANALITIK

Bu, həm də ermənilərin digər millətlərlə birgəyaşayış ənənəsinə sahib ola bilməmələrinin sübutudur

Qarabağda, daha dəqiq desək, bölgənin Rusiya sülhməramlılarının (SM) nəzarət etdiyi bölgələrdə ermənilərlə rus SM-ı arasında problemlər sürətlə artmaqdadır. Belə ki, buna olan səbəblərdən biri kimi ermənilərin yaşam tərzlərində, eləcə də sosial-məişət həyatlarında monoetnikliyə üstünlük vermələri ilə bağlı çoxsaylı faktlar göstərilə bilər. Lakin daha bir problem son zamanlar rusiyalı sülhməramlılarla yerli əhali arasında formalaşan məişət münasibətlərinin sonda ağır nəticələrə səbəb olmasıdır. SİA olaraq, bugünlərdə işıqlandırdığımız 25 yaşlı Xankəndi ermənisi Qayane Qrantovna Arzumanyanın Rusiya SM-ı ilə yaşadığı qısa eşq macərasını da sözügedən mövzuya əlavə edə bilərik. Xatırladaq ki, 25 yaşlı erməni qızı Qayane SM-dan hamilə qalıb və rus hərbçisi ortalardan necə deyərlər, itib-yoxa çıxıb.

Qayane Artyomdan hamilə qaldı və sonra...

Qeyd olunduğuna görə, problemin delikantlığı ondan ibarətdir ki, 2021-ci ilin yanvarında erməni qadın Qarabağda Rusiya Federasiyası SM kontingentinin baş leytenantı Artyomla tanış olub. Onun sözlərinə görə, rus və erməni sevgililəri iki həftəyə yaxın müddətdə görüşüblər və sonradan Artyom rabitəyə çıxmayıb. Təqribən bir həftədən sonra Qayane öyrənib ki, o hamilədir və Artyoma bu barədə deyib. Onun sözlərinə görə, rus zabitinin bu xəbərə reaksiyası müsbət olub. Sonradan Qayane Artyomun axtarışına çıxdıqda isə, SM kontingentinin komandanlığı erməni qadına zabitin harada olması barədə heç bir məlumat verməyib. Nəticədə məsələ daha da böyüyüb və hazırda erməni qadın hamiləliyinin 4-cü ayındadır.

Rusiya SM kontingenti ermənilərə xəbərdarlıq edir – səbəbi?

Onun valideynləri və qohumları müxtəlif orqanlara müraciətlər etsələr də, Artyomun harada olması ilə bağlı heç bir nəticə əldə edə bilməyiblər. İndi Qayanenin qohum-əqrəbaları rus SM-nı ittiham edir, qızlarının cinsi istismara məruz qaldığını iddia edir, eləcə də komandanlıqdan Artyom adlı baş leytenantın tapılaraq məsuliyyətə cəlb olunmasını tələb kimi irəli sürürlər. Rusiya SM kontingenti isə onların bu tələblərini yerinə yetirmir, əksinə, qarşı tərəfi xəbərdar edərək onlara qarşı iftira atdıqlarını bildirir.

Lakin buna baxmayaraq, erməni seqmentlərində qeyd olunur ki, artıq bu kimi bənzər hadisələr Xankəndidə, eləcə də rus sülhməramlılarının xidmət apardıqları digər bölgələrdə bir neçə dəfə yaşanıb.

Məsələ yalnız bu kimi faktlarla kifayətlənmir...

Ermənilər rus sülhməramlılarını özlərinə “xilaskar” adlandırsalar da, gerçəklikdə hər şey tamamilə başqa məcrada inkişaf edir

Misal üçün bu gün bir sıra erməni sosial şəbəkə səhifələri üçtərəfli bəyanat imzalandıqdan sonra Qarabağa geri dönmüş ermənilərin bu dəfə İrəvana deyil, xarici ölkələrə köçmək niyyətində olduqlarını yazırlar. Artıq o da sirr deyil ki, Xankəndidə yaşayan ermənilər yalnız hər gün üzləşdikləri sosial-məişət, işsizlik problemləri ilə deyil, həmçinin Rusiya SM-nın nəzarəti altında yaşamaq istəmədiklərini bildirirlər. Orada danışmaz əmlaklara sahib olan insanlar evlərini, torpaqlarını dəyər-dəyməzinə sataraq tez bir zamanda bu ərazilərdən köçməyi planlaşdırırlar. Düzdür, ermənilər medialarda, digər informasiya resurslarında rus sülhməramlılarını özlərinə “xilaskar” adlandırsalar da, gerçəklikdə hər şey tamamilə başqa məcrada inkişaf edir.

Ksenofobiya və irqçilik xəstəliyi

Burada isə daha bir faktor ermənilərin monoetnik xalq kimi formalaşmalarıdır. Genetik kodlarında özlərini “ən qədim xalq” kimi zorla dünya ictimaiyyətinə sırıyan ermənilər əslində ciddi və psixiki xəstəliyin daşıyıcıları olduqlarını dərk etməsələr də kənardan bu xalqın özlərindən başqa heç bir milləti bəyənmədikləri reallığq artıq bir fakta çevrilib. Bu kimi ksenofobiya və irqçilik xəstəliyi dünyanın başqa heç bir xalqında, millətində mövcud deyil. Ona görə də hətta “dünyanın yaradıcıları” olduqlarını iddia edən bu cür xəstə təfəkkürlü tayfanın isə qeyri-millətrlərlə yaşamaq əmsalları sıfıra bərabərdir və həmin isbat hazırda da özünü kifayət qədər sübuta yetirməkdədir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə