Dövlət qayğısı aqrar sektorumuzu inkişaf etdirməyimizə imkan verir - ŞƏRH ÖZƏL

Dövlət qayğısı aqrar sektorumuzu inkişaf etdirməyimizə imkan verir - ŞƏRH ÖZƏL

“Müharibə aparmış ölkələrə müharibədən sonra əsasən yenidən iqtisadi güc yığmaq üçün müəyyən zamana ehtiyac duyulur. Çünki müharibə böyük xərc aparır. Prezident İlham Əliyevin apardığı düşünülmüş iqtisadi siyasət Azərbaycana 44 günlük Vətən müharibəsində qələbə əldə etməyinə və torpaqlarımızı işğaldan azad etdikdən sonra dərhal həmin ərazilərin geniş şəkildə yenidən qurma – bərpa işlərinə başlanmasına, o cümlədən ölkəmizdə geniş şəkildə icra olunan mərhələli Regionların Sosial İqtisadi Dövlət Proqramınının davam etdirilməsinə imkan verir. 20 apreldə cənab Prezidentin Hacıqabula səfəri çərçivəsində açılışları edilmiş müəsisələr və infrastruktur layihələri qeyd etdiyim dövlət proqramının uğurlu davamının göstəricisidir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.

Deputatın sözlərinə görə, Hacıqabulda açılışı edilmiş Sənaye Məhəlləsi ölkəmizin sənayeləşməsi prosesini sürətləndirən regionlarda açılan sənaye məhəllələrin davamıdır: “Burada bütün infrastruktur dövlət vəsaiti ilə icra olunub. Sənaye Məhəlləsində fəaliyyət göstərəcək sahibkarlara bütün infrastruktur şəraiti yaradılır, müəyyən güzəştlər verilir. Məhz sənaye məhəlləsində açılmış 5 müəsissə yeni çeşidli sənaye məhsullarının istehsalına və ölkədə bu məhsullara olan təlabatının ödənilməsinə, o cümlədən qeyri-neft sənayesi ixracımızının artmasına imkan yaradacaqdır. 2020-ci ildə dünya iqtisadiyyatı kəskin azalmalara doğru getdiyi halda, Azərbaycanda qeyri-neft iqtisadiyyatının 4%, o cümlədən qeyri-neft sənayesinin isə 11,7% artmasına səbəb ölkəmizdə yaradılan yeni sənaye sahələrinin verdiyi töhfəsi oluub. Hacıqabulda yaradılmış sənaye məhəlləsi həm də Hacıqabul sakinləri üçün yeni iş yerləri deməkdir. Ümumiyyətlə bu rayonda yaradılmış Sənaye Məhəlləsi və Aqroparklar Hacıqabul rayonunun iqtisadiyyatının güclənməsinə xidmət edəcəkdir. Aqroparklardan danışarkən qeyd etmək istəyirəm ki, bu aqrar müəsisələrin rentabelliyi və məhsuldarlığı ənənəvi təsərrüfatlardan dəfələrlə çoxdur. Məsələn ənənəvi təsərrüfatlarda taxıl istehsalı 20-30 sentner olduğu halda. aqroparklarda və fermer təsərrüfatlarında məhsuldarlıq 60 sentnerə, pambıq istehsalı isə 33,6 sentnerə çatdıra bilib”.

A.Badamov vurğulayıb ki, digər kənd təsərrüfatı məhsullarının da istehsalının məhsuldarlığı bu təsərrüfatlarda ənənəvi təsərrüfatlardan çox olması ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayacaqdır: “20 apreldə açılmış “Aqro Dairy və Azersun” aqroparklarında intensiv üsullarala bitkiçilik məhsullarının əkilməsi və cins mal-qaranın saxlanılması ölkədə həm bitkiçilik məhsullarına , o cümlədən ət və süd məhsullarına olan tələbatını ödəməklə yanaşı ölkəmizi bu çəşidli malların idxalından azad edəcəkdir. Ümumiyyətlə Azərbaycanın 31 rayonunda 51-dən çox Aqropark və İri Fermer Təsərrüfatlarının yaradılması nəzərdə tutulub ki, bunlardan artıq 42-si fəaliyyətə başlayıb. Aqropark və fermer təsərrüfatlarının yaradılmasına dövlət büdcəsindən 2 milyard manat vəsait xərclənib. Bu da aqrar sektorumuzun müasir standartlarla inkişaf etdirməyimizə imkan verib. Bu gün dünyanı ən narahat edən məsələ ölkələrin ərzaq təhlükəsizliyi problemidir. Çoxlu ölkələr var ki, ərzaq çatışmazlığı ilə üzləşib. Ölkəmizdə dövlət dəstəyi ilə aparılan uğurlu aqrar siyasəti sayəsində ölkədə kənd təsərrüfatı məhsullarına olan təlabat demək olar ki, ödənilməkdədir və bəzi çeşidli məhsulların ixracı da həyata keçirilir. Ümumiyyətlə qeyd etmək istəyirəm ki, ölkəmizin qeyri neft sektorunun sürətli inkişafını təmin edən Sənaye Parkları, Sənaye Məhəllələri və Aqroparkları Azərbaycanın qeyri neft iqtisadiyyatını gücləndirir, müasir şəraitli iş yerlərinin yaradılmasına gətirməklə insanlarının sosial rifahının yaxşılaşmasına xidmət edir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə