"İskəndər M"in Ermənistana verilməsini 5 il əvvəl sübut edən danılmaz FAKT+FOTOLAR

44 günlük Vətən müharibəsinin sonlarında Ermənistan tərəfinin Şuşaya satışı qadağan olan “İskəndər M” raketini atmasının ardınca bunu təkzib etməsi, eləcə də Rusiyanın Ermənistana belə bir raket kompleksi vermədiyini iddia etməsinin ardınca bu faktı alt-üst edən bir məlumat əldə etdik. SİA xəbər verir ki, hələ 2016-cı ilin 16 sentyabr tarixində xarici hərbi jurnal - DEFENCE BLOG Rusiyanın Ermənistana “İskəndər M” satdığını yazıb və həmin seriyanın 9M723 olduğunu göstərib.

Bu fakt isə sübut edir ki, istər Ermənistanın, istərsə də Rusiyanın ciddi-cəhdlə reallıqları inkar etmələri, əslində, sözügedən tərəflərin inandırıcı olmayan “əsaslarını” yerli-dibli şəkildə rədd edir. Daha dəqiq desək, indi deyil, məhz 2016-cı ildə belə bir informasiyanın xarici media sahəsində yer alıması artıq həmin məsələni bütün çılpaqlığı ilə sübuta yetirir. Bu məlumatın tvitter səhifəsindəki paylaşımının fotosunu, eləcə də həmin məqalənin linkini və orada yer alan fotoları təqdim edirik:

https://defence-blog.com/news/armenian-army-receives-first-russia-made-iskander-m-missiles.html

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə